18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

İlkay Gündoğan: “Qəbələ”ni məğlub etməyə borcluyuq”

“Qəbələ”ni məğlub etməyə borcluyuq. Bununla, liderliyimizi qoruya bilərik”. Futbolxeber.az-ın məlumatına görə, bunu “Borussiya”nın yarımmüdafiəçisi İlkay Gündoğan deyib.

Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qəbələ”nin qonağı olacaq Dortmund təmsilçisi Azərbaycana iddialı gəlir.

Bundesliqa klubunun Türkiyə əsilli futbolçusu təmsilçimizlə qarşılaşmanın onlar üçün vacib olduğunu bildirib: “Hazırda turnir cədvəlinə başçılıq edirik və bunu davam etdirməliyik. Rəqiblərimizə bizə çatmaq imkanı verməmək üçün Bakıda mütləq qələbə qazanmalıyıq. Meydana kim çıxırsa-çıxsın, ikinci bir fikirdə olmamalıdı. Ancaq “Qəbələ”ni də qiymətləndiririk. Bura qədər gəlibsə, deməli, güclü komandadı. Bizim hədəfimiz isə finala qədər getməkdi. Bu da olduqca realdı. Böyük potensiala malikik. Bu komanda Çempionlar Liqasında çıxış edəcək gücdədi”.

2011-ci ildən “Borussiya”nın formasını geyinən 25 yaşlı yarımmüdafiəçi Avropa nəhənglərinin maraq dairəsindədi. Almaniya yığmasının üzvü komandada qalmaq istədiyini bildirib: “Borussiya”da hər şey məni qane edir. Özümü ən azı mövsümün sonuna qədər bu komandada görürəm”.

Qeyd edək ki, “Qəbələ” - “Borussiya” oyunu sabah “Bakcell Arena”da keçiriləcək və saat 20:00-da başlayacaq.

Mənbə: apasport.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30