23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“O, mənim uğurlarımın 10 faizini qazansın, sonra özünü Böyükağa Hacıyevlə müqayisə etsin”

Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin müsahibəsi

- Bu gün Məşqçilər Komitəsinin iclası keçirildi. İclasda nələr müzakirə edildi?

- Bir çox məsələlərə aydınlıq gəldi. Əsas müzakirə mövzusu 21 yaşadək futbolçulardan ibarət yığmamızın Avstriyadakı biabırçı nəticəsi idi. Ancaq belə qərara gəlindi ki, baş məşqçi Yaşar Vahabzadəyə toxunulmasın.

- Yaşar müəllimə həm də seçmə mərhələnin son iki matçı ilə bağlı xəbərdarlıq da edilib. Belə çıxır ki, ona son şans verilib?

- Xeyr. Yaşar şans veriləcək məşqçi deyil. Uzun illərdi bu işin içindədi. Onu da qınamaq olmur. Çünki əsas heyətin 5-6 üzvü Avstriyaya aparılmamışdı. İclasda bu məsələ də gündəmə gətirildi.

- Futbolçuların müvafiq gündəlik xərclərinin ödənilməməsi qərarı ilə bağlı nə deyə bilərsiz?

- 0:7 hesabı ilə məğlub olandan sonra nə pul? 7 top buraxan futbolçuya məgər pul düşür?

- Avstriya və Finlandiya ilə görüşlərdə zədəli olduğunu bildirərək iştirak etməyən futbolçularla bağlı da araşdırılma aparılacaq. Kimdənsə şübhəniz var?

- Yəqin şübhə var ki, bu məsələ araşdırılacaq. Əgər düşərgəyə qatılmayanlardan hansınınsa zədəli olmadığı və qəsdən yığmaya gəlmədiyi üzə çıxsa, o, layiqli cəzasını alacaq.

- Ümumiyyətlə, siz Avstriyaya biabırçı məğlubiyyəti nə ilə əlaqələndirirsiniz?

- Bilirsiz, futbolda “qara zolaq” deyilən şey var. Allah heç bir məşqçini bu “qara zolağ”a salmasın. Çünki ordan çıxmaq çox çətin olur. Yaşar Vahabzadə də indi belə bir problemlə üzləşib. Bu vəziyyətdən çıxmaq üçün ona yalnız kömək etmək lazımdı.

- “Rəvan”ın yeni baş məşqçisi Bəhmən Həsənov saytımıza müsahibəsi zamanı sizin adınızı çəkib. O, tez-tez eyni komandaya gedib-gəlməsi ilə bağlı suala cavabında deyib ki, onda gərək gedin Böyükağa Hacıyevi güllələyin...

- Böyükağa Hacıyev “Neftçi”yə hər dəfə qayıdanda ən azı 2 titul qazanıb. Mənim qara qaşıma, qara gözümə aşiq olub “Neftçi”yə götürməyiblər ki. O ki qaldı Bəhmən Həsənova, o, mənim uğurlarımın 10 faizini qazansın, sonra özünü Böyükağa Hacıyevlə müqayisə etsin.

- Nə vaxta qədər Məşqçilər Komitəsində çalışacaqsız. Məşqçiliyə dönmək fikriniz yoxdu?

- Tələsməyin, lap az vaxt qaldı. Məşqçiliyə qayıtmağa hazırlaşıram.

- Deyəsən, “torbada pişik” var...

- Rusiya və İranın yüksək liqa klublarından təkliflər almışam. Hazırda onlarla danışıqlar gedir. Ölkə xaricinə gedəcəyim dəqiqdi. Burda qalmayacam. Amma hansı klubu çalışdıracağımı hələ müəyyənləşdirməmişəm. Yəqin ki, qış fasiləsindən sonra adıçəkilən ölkələrdən birində çalışacam.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30