29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Məşqçilər Komitəsinin iclası keçirildi: U-21-in futbolçuları cəzalandı

Bu gün AFFA-nın inzibati binasında Məşqçilər Komitəsinin iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, iclasda AFFA-nın baş katibi Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadov, texniki direktor Bernhard Lippert, texniki direktorun müavini Zaur Hacı-Məhərrəmov, seleksiya işləri üzrə baş koordinator Riad Rəfiyev və Məşqçilər Komitəsinin sabiq üzvü Şahin Diniyev iştirak ediblər.

Aparılmış müzakirələrdən sonra 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Yaşar Vahabzadəyə Avropa çempionatının seçmə mərhələsinin qarşıdakı iki oyununda səhvlərdən nəticə çıxarılması, komandanın oyunlara daha yaxşı hazırlanması üçün bütün imkanlardan istifadə edilməsi tövsiyə olunub.

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Avstriya yığması ilə səfər oyununa gedən futbolçuların müvafiq gündəlik xərclərinin ödənilməməsi qərara alınıb. Həmçinin, U-21-in Avstriya və Finlandiya komandalarına qarşı keçirdiyi oyunlar üçün təlim-məşq toplanışına zədəli olduğunu bildirərək qatılmayan futbolçuların həqiqətən zədəli olub-olmamasının araşdırılmasının vacibliyi vurğulanıb.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının 2016-cı ilin I rübü üçün təlim-məşq proqramı təsdiq olunub.

Bu ilin dekabrında U-20 və U-18 yığmalarının Mərdəkan qəsəbəsindəki Təlim-Məşq Mərkəzində təlim-məşq toplanışının təşkil olunması, toplanışa A milli yığma komandanın məşqçilərinin iştirakı və Məşqçilər Komitəsinin nəzarəti altında U-21 və U-19 yığmalarının köməkçi məşqçilərinin rəhbərlik etməsi qərara alınıb.


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31