17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

8 il əvvəlki tarixi oyun: “Bakı” - “Neftçi” 5:1

Bu gün “Bakı”nın “Neftçi” üzərindəki tarixi qələbəsindən 8 il ötür. Futbolxeber.az-ın məlumatına görə, 2007-ci ilin 20 oktyabrında “Bakı” “ağ-qaralar”ı 5:1 hesabı ilə darmadağın edib. Bu, “Neftçi”nin müstəqillik dövründə ölkə çempionatlarında aldığı ən ağır yenilgidir. 5:1 sonralar “Bakı” ilə bir çox uğurlara imza atan, hətta qısa müddət millimizi çalışdıran Coko Haciyevskinin Azərbaycan futbolunda möhürü idi. Həmin vaxt “Neftçi”də kimlər çıxış etmirdi ki...Zaur Tağızadə, Rəşad Sadıqov, Rəşad Sadiqov, Branimir Subaşiç, Georgi Adamiya, Rail Məlikov, Vladimir Miçoviç, Aqil Məmmədov və başqaları. Komandanı isə Vlastimil Petrjela çalışdırırdı.

“Bakı”nın heyətində isə həmin oyunda Orxan Mirzəyev, Andre Ladaqa, Leandro Qomeş, Əhməd Ticani, Ramal Hüseynov, Rafael Əmirbəyov, Cəmşir Məhərrəmov, İlqar Əbdürrəhmanov, Elnur Abbasov və çıxış edirdi.

Əlavə edək ki, hazırda AFFA prezidenti olan Rövnəq Abdullayev o zaman eyni postu “Neftçi”də tuturdu. PFL rəhbəri Ramin Musayev isə “ağ-qaralar”ın vitse-prezidenti idi. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30