18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Cavid Hüseynovla bağlı məhkəməyə müraciət ediləcək

Artıq 2 aydır həbsdə olan “Qəbələ”nin kapitanı Cavid Hüseynovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün yenidən məhkəməyə müraciət ediləcək. Futbolxeber.az-ın məlumatına görə, bu haqda musavat.com-a futbolçunun vəkili Adəm Məmmədov açıqlama verib. Vəkil müraciətin bir neçə gün ərzində məhkəməyə təqdim ediləcəyini qeyd edib.

Cavid Hüseynovla görüşdüyünü deyən vəkil, futbolçunun saxlanma şəraitindən narazı olmadığını və özünü günahsız hesab etdiyini bildirib.

Vəkil istintaqın gedişi ilə bağlı yeniliyin olmadığını qeyd edərək, əvvəlki açıqlamalarında olduğu kimi, hüquqlarını müdafiə etdiyi şəxsin günahsız olduğunu söyləyib: “Həmişə qeyd etmişəm ki, hüquqlarını müdafiə etdiyim şəxsin heç bir günahı yoxdur. Əgər günahı olsaydı, bunu israrla deməzdim. Hər kəs Cavid Hüseynovun günahsız olduğunu bilir. Həbs edərkən sübutlara istinad olunur. Səs yazıları, verilən ifadələr sübut edir ki, Cavid Hüseynovun hadisədən xəbəri olmayıb”.

Xatırladaq ki, futbolçu barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün avqust ayında Səbail rayon Məhkəməsinə vəsatətlə müraciət edilib. Lakin vəsatət təmin edilməyib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30