20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

FİFA Cavid İmamverdiyevin “Neftçi”nin formasını geyməsinə icazə verdi

Ötən mövsüm Türkiyənin “Elazığspor” klubunda icarə əsasında çıxış etmiş Cavid İmamverdiyev “Neftçi”nin formasında meydana çıxa biləcək. Futbolxeber.az-ın məlumatına görə, “Neftçi” PFK-nın AFFA vasitəsilə FİFA-nın “Mübahisəli Məsələlərin Həlli Şurası”na ünvanladığı rəsmi müraciətə müsbət cavab verilib. Belə ki, FİFA futbolçunun “Neftçi” PFK-da çıxış edə bilməsi üçün AFFA-ya müvəqqəti qeydiyyat səlahiyyətini verib. Bunun əsasında Cavid İmamverdiyev növbəti oyunlarda meydana çıxa biləcək. Müvəqqəti qeydiyyat icazəsi  “Mübahisəli Məsələlərin Həlli Şurası”nın çıxaracağı yekun qərara qədər qüvvədə olacaq. 

Xatırladaq ki, Cavid İmamverdiyev ötən mövsüm icarə əsasında Türkiyənin “Elazığspor” klubunda çıxış edib. Klub futbolçu ilə müqaviləyə erkən xitam haqqında FİFA-ya şikayət edib. Şikayət səbəbindən Cavid İmamverdiyevin “Neftçi” PFK-da oynamasına maneə yaranmışdı.

 


neftchipfk.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30