24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Kaue da Silva: “Neftçi” altıncı pillədə olmağa layiq deyil”

“Neftçi”nin yarımmüdafiəçisi Kaue da Silvanın Futbolxeber.az saytına müsahibəsi

- Premyer Liqanın 8-ci turunda “Neftçi” öz meydanında “Qəbələ”yə 0:1 hesabı ilə uduzdu. Qarşılaşma haqda nə deyə bilərsən?

- Görüş çətin keçdi. Məğlub olsaq da, yaxşı oynadıq. Hesabı biz də aça bilərdik. Bunun üçün şanslarımız da oldu. Ən azı 1 xal qazanmağa yaxın idik. Lakin oyunun sonundakı səhvlər xal qazanmağımıza imkan vermədi.

- Məğlubiyyətin səbəbini nədə görürsən?

- Komanda uduzursa, deməli problemlər var. Bəzi futbolçularımız zədəlidirlər. Bu da oyunumuza təsir göstərir. Ancaq bəxtimizin də gətirmədiyi hallar olur. Elə oyunlar olub ki, qalib gəlməli olduğumuz halda uduzmuşuq. Bundan sonra çalışacağıq ki, daha çox işləyək və hazırki vəziyyəti dəyişək.

- Sanki sona yaxın “Neftçi”də yorğunluq var idi...

- Sona yaxın əks-hücumlara üstünlük vermişdik. Bəlkə də buna görə kənardan yorğun olduğumuz görünürdü. Amma çalışırdıq ki, “Qəbələ”nin çox ötürmə etməsinə imkan verməyək.

- Hazırda “Neftçi” altıncı pillədə qərarlaşıb. Komanda bu nəticəyə layiqdir?

- Qətiyyən. “Neftçi” altıncı pillədə olmağa layiq deyil. Komanda həmişə çempionluq uğrunda mübarizə aparıb. Bu mövsüm də mükafatçılar sırasında olmaq istəyirik. Qarşıda uzun marafon var. Qələbələr qazanıb, turnir cədvəlində irəliləmək istəyirik.

- Oyun başa çatdıqdan sonra “Neftçi” azarkeşləri komandanı fitə basdı. Buna münasibətin necədir?

- Dediyim kimi, “Neftçi” hər zaman çempionluq uğrunda mübarizə aparıb. Bu səbəbdən də azarkeşlər hazırki durumdan narazıdırlar. Amma onların bu davranışını düzgün saymıram.

- Uğursuzluğu heyətdə gənc futbolçuların çoxluğu ilə əlaqələndirmək olar?

- Son zamanlar “Neftçi”də ciddi dəyişikliklər olub. Həm klub rəhbərliyində, həm də heyətdə. Bu səbəbdən də komandanın özünə gəlməsi üçün zamana ehtiyac var.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30