29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Elmir Vəliyev “Kəpəz”in üzvlərini təbrik etdi

Topaz Premyer Liqasının VIII turu çərçivəsində baş tutan “Rəvan” - “Kəpəz” oyununu (0:2) izləyənlər arasında Gəncə klubunun Müşahidə Şurasının sədri Elmir Vəliyev də olub. Futbolxeber.az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, matçdan sonra futbolçuların soyunub geyinmə-otağına baş çəkən Müşahidə Şurasının sədri komandanın layiq olduğu qələbəni qazandığını deyərək, futbolçuları və məşqçilər korpusunu təbrik edib.

Elmir Vəliyev havanın soyuq və yağışlı olmasına baxmayaraq 90 dəqiqə ərzində dayanmadan “Kəpəz”i dəstəkləyən azarkeşlərə də minnətdarlıq edib.

Görüşün sonunda Elmir Vəliyev qarşıdakı oyunlarda da kluba uğurlar arzulayıb.

Qeyd edək ki, Vəliyev matçı “Kəpəz”in Müşahidə Şurasının digər üzvü Mikayıl Nərimanoğlu və icraçı direktor Mehman Allahverdiyevlə birgə izləyib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31