25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Neftçi” yeni sponsorla müqavilə imzaladı

Bu gün “Neftçi” ilə yeni titul sponsoru “ASAN Xidmət” arasında müqavilə imzalanıb. Futbolxeber.az-ın məlumatına görə, Bakı Biznes Mərkəzində baş tutan imzalama mərasimindən öncə çıxış edən xidmətin nümayəndəsi İnam Kərimov klubla edəcəkləri əməkdaşlıq arasında fikirlərini bölüşüb:
 
“İki brendin birləşməsi mərasimi olacaq. “ASAN” loqosunun “Neftçi”nin formasında olması klubun  böyüməsinə yol açacaq. İnanırıq ki, “Neftçi” yeni formada böyük uğurlar qazanacaq”.
 
“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev də əldə olunan anlaşma haqqında açıqlamalar verib:
 
“50 il önce kimsə desəydi ki, 6 milyon adam bir təşkilata gələcək ve heç kimdən pul alınmayacaq, mən inanmazdım. “Neftçi” əfsanəvi komandadı, “ASAN Xidmət” də xalq üçün çalışır. İki böyük brend birləşir. Müşahidə şurasında iki yer boşdu. Sponsorların razılığı ilə Şuradakı üzvlərin sayını artırdıq. Sadıq Sadıqova minnətdarlıq edirəm. O, tarixə keçib. AFFA ve SOCAR-ın təklifi ilə müşahidə şurasının yeni üzvü tanınmış futbolçu Əsgər Abdullayev oldu. İkinci üzv SSRİ-nin xalq artisti, Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasının rektoru, şöhrət ordenli Fərhad Bədəlbəyli, üçüncü yeni üzv isə Mehdi Nəcəfov oldu. Çox yerdə deyirlər ki, biz “ASAN Xidmət”dən sponsorluq üçün 10 milyon alacağıq, ancaq yalan məlumatdı. Bir birlikdə bir-birimizin nüfuzumuzu qaldıracağıq”.
 
İdman İctimaiyyətindən nüfuzlu şəxslərin, siyasət və şou-biznes adamlarının da iştirak etdiyi tədbir daha sonra imza atma mərasimi ilə davam edib. “Neftçi” tərəfdən müqaviləni İcraçı direktor Elnur Məmmədov, "ASAN Xidmət" tərəfindən isə qurumun sədr müavini Ülvi Mehdiyev imzalayıb.
 
Tədbirdə İspaniya və Avstriyanın ölkəmizdəki səfirlərinin iştirakı da diqqət çəkib.
 
Daha sonra isə Çingiz Abdullayev klubun üzvlük kartını "ASAN Xidmət"in nümayəndəsinə təqdim edib.
 
Mənbə: apasport.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30