20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Neftçi”nin tədbirində Yaşar Seyidovdan jest: “Bakı” elə “Bakı”dı!

Bu gün “Neftçi” klubu ilə “Asan Xidmət” arasında titul sponsorluğu ilə bağlı müqavilə imzalanıb. Futbolxeber.az-ın məlumatına görə, tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra mərasim iştirakçıları maraqlı hadisəyə şahidlik ediblər. Belə ki, “Neftçi”nin üzərində “Asan Xidmət”in loqosu olan yeni forması auksiona çıxarılıb. Tədbirin aparıcısı Sənan Şəfizadə ilkin qiymətin 50 manat olduğunu açıqlayıb. Gərgin mübarizənin sonunda forma “Bakı”nın vitse-prezidenti Yaşar Seyidova qismət olub. Belə ki, Seyidov 500 ABŞ dolları ödəməklə formaya sahib çıxıb.

Formaya məhz Yaşar Seyidovun sahib çıxması tədbir iştirakçıları arasında da maraqla qarşılanıb. Çoxları bunu klubun adından jest kimi qəbul edib. Belə ki, Seyidov son zaman maddi problemlər yaşayan “Bakı”nın artıq işlərinin qaydasına düşdüyünü göstərib. Necə deyərlər. Yaşar Seyidov sübut etdi ki, “Bakı” elə “Bakı”dı. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30