23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Qəbələ” - “Borussiya” matçının qiyməti: 2100 avro

“Borussiya” azarkeşləri Bakıya səfər etməyə hazırlaşırlar. Futbolxeber.az-ın məlumatına görə, Dortmund klubunun fanatları Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək qarşılaşmanı stadiondan izləmək istəyirlər.

Oktyabrın 22-də “Bakcell Arena”da baş tutacaq görüşə biletlərin qiymətinin 3-20 manat arası olması almanları daha da həvəsləndirib. Almanlar doğma komandalarını dəstəkləmək üçün hətta 4000 km-ə yaxın məsafəni qət etməyə də razıdılar. Ancaq klubun yerli mətbuata verdiyi informasiyaya əsasən, azarkeşlərin komanda ilə eyni vaxtda Bakıya gəlib-getmələri, burda məskunlaşmaları ümumilikdə 2100 avro dəyərindədi.

Almanlar “Bakcell Arena”nın nisbətən az (12000) azarkeş tutumuna malik olmasını xüsusi vurğulayıblar. Bu üzdən bir çox alman fanat Bakıya gələ bilməyəcək.

Qeyd edək ki, “Borussiya”nın qrupda PAOK-la səfər qarşılaşması zamanı Almaniyadan Yunanıstana 1300 azarkeş getmişdi.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30