20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Şahdağ”ın baş məşqçisi istefa verdi

Futbol üzrə Azərbaycan I divizionunda mübarizə aparan Qusarın “Şahdağ” futbol klubunun baş məşqçisi Telman Cavadov istefa verib. Futbolxeber.az-ın məlumatına görə, istefaya komandanın I divizionunda, eləcə də Azərbaycan Kuboku yarışlarında uğursuz çıxışı səbəb olub.

“Şahdağ” kubok uğrunda mübarizəni doğma meydanda “Şəmkir” kollektivinə 1-3 hesabı ilə uduzduqdan sonra 1/16 final mərhələsində dayandırıb. Azərbaycan I divizionunda isə beş oyundan sonra cəmi bir xal toplayan klub sonuncu pillələrdə qərarlaşıb.

Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Əzimov AZƏRTAC-a bildirib ki, yeni baş məşqçisinin adı bu gün keçirilən iclasdan sonra məlum olacaq.

“Şahdağ” futbol klubunun baş məşqçisi postundan istefa verən Telman Cavadov bundan sonra komandanın aşağı yaş qruplarını çalışdıracaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30