17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“CBC-Sport” bu gedişlə hara gedir? QEYD

“İdman Azərbaycan”ın ardınca İctimai Televiziya da yeni yaradılan “CBC Sport”a qarşı çıxdı. İTV-nin şərhçisi Tural Dadaşov sosial şəbəkədə yazdığı fikirlərdə qarşı tərəfə sərt, tutarlı cavab verdi. Dadaşov təkcə şərhçilər arasında deyil, ümumiyyətlə, idman mətbuatında intelektual səviyyəsinə, dünyagörüşünə, savadına görə ən yaxşılardandır. Uzun illərdir tanıdığım həmkarımın hansısa qalmaqal iştirakçısı olduğunu görməmişəm. Fikrim onu tərifləmək deyil. Onsuz da tanıyan tanıyır. Tural heç vaxt boş yerə özündən çıxıb, sözlərini qarşı tərəfə o cür çatdırmazdı. Ciddi səbəb olmasaydı...

Hələ “Idman Azərbaycan”la “CBC-Sport” bir-birinə qarşılıqlı ittihamlar irəli sürəndə sonluğun yaxşı olmayacağı görünürdü. Bəziləri bunu “şou” adlandırsa da, bu, mənə görə faktiki olaraq mətbuatın bölünməsidir. Kimisi “Idman Azərbaycan”ın tərəfini tutur, kimisi də “CBC-Sport”un. Hər iki tərəfdə dostlarımız, dəyərli həmkarlarımız çalışır. Vəziyyətin bu həddə çatmasını heç kim istəməz. Görünən budur ki, “CBC-Sport” özünə dost yox, hələ ki ancaq düşmən qazanır. Bu isə yaxşı heç nə vəd etmir. Azərbaycan Pemyer Liqasının yayımlanmağa başlandığı gündən “CBC-Sport” haqda müsbət fikirlər səslənir. Yayımın səviyyəsi çox yüksəkdir. Üstəlik, şərhçilər də işlərinin ustalarıdır. Kanal şərhçi baxımından ölkənin, demək olar ki, ən yaxşıları ilə çalışır. Bəs sonra? Artıq 15 gündür ki, kanal fəaliyyətə başlayıb. Əslində “test yayımı” hələ də davam edir. Kanal nə vaxtdan tam gücü ilə fəaliyyətə başlayacaq? Italiya, Hollandiya, Rusiya, Braziliya, Ukrayna çempionatlarının yayımına nə vaxt start veriləcək? Hər kəs “CBC-Sport”un yüksək səviyyəli yayımını qeyd edir. Yayıma söz yox. Amma yayımı aparan “Saran qrup” Bakıda əbədi qalmayacaq. Bəs, onlardan gedəndən sonra necə olacaq? Azərbaycanlı operatorlar, rejissorlar, montajçılar bu işin öhdəsindən gələ biləcəklərmi? Bir sözlə, suallar çoxdu. Kanalın gələcəyinin necə olacağını bu gün heç birimiz dəqiq bilmirik. Bu qədər sual (iş) olduğu halda, qalmaqallara vaxt ayırmağın nə mənası var?!..




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30