29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Çumbinyo: "Özümü yaxşı hiss edirəm"

Milli oyunlarla bağlı yaranmış fasilə ilə əlaqədar olaraq “Qarabağ”ın “Qəbələ” ilə hazırlıq matçında diqqətçəkən olay yarımmüdafiəçi Çumbinyonun 1 il 1 aylıq fasilədən sonra geri dönməsi olub. Futbolxeber.az-ın Ağdam klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, oyunda start heyətdə meydana çıxan brazilyalı futbolçu 80 dəqiqə meydanda qalıb. Çumbinyo klubun saytına verdiyi açıqlamada oyun haqqında təəssüratlarını bölüşüb: “1 ildən çoxdur ki  meydana çıxmırdım. Oyun boyu üzərimdə hər hansı bir təzyiq yox idi . Fiziki və beyin olaraq oyuna hazır idim. Düzü, əsas narahatçılığım o idiki ayağımda ağrı hiss edə bilərdim. Amma çox şükürlər olsun ki ağrı hiss etmədim. Bu baxımdan hər şey yaxşı oldu. İnşallah, ən qısa zamanda optimal formamı bərpa edib komandaya köməklik göstərmək istəyirəm”.

Qeyd edək ki, Çumbinyo ötən il sentyabrın 16-sında Avropa Liqasının qrup mərhələsinin  ilk oyununda "Sent Etyen"lə qarşılaşmada zədələnərək yaşıl meydançalardan uzaqda qalıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31