25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Yaşar Vahabzadə: “Mənim istefamla nəsə düzələcəksə...”

“Avstriyadakı məğlubiyyətdən sonra futbolçuların psixoloji durumu qaydasında deyildı. Onlarla söhbətlər apardıq. Çalışdıq kı, bu gün komanda yaxşı oyun göstərsin. Futbolçular da meydanda əllərdindən gələni etdilər. Komandada istək var idi”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri U-21 millimizin baş məşqçisi Yaşar Vahabzadə Finlandiyaya 0:1 hesabı ilə uduzduqları görüşdən sonra deyib.

Təcrübəli mütəxəssis heyətdəki problemləri qeyd edib: “Heyətdə ciddi problemlərimiz var idi. Məcburiyyətdən müdafiəçini yarımmüdafiədə oynadırdıq. Meydana 3 dayaq yarımmüdafiəçisi ilə çıxmışdıq. Amma onların ikisi hücumameyilli futbolçu kimi çıxış edirdi. Gördünüz ki, 90 dəqiqə ərzində əvəzetmə etmədim. Çünki ehtiyat oyunçular skamyasında əyləşənlərin hamısı müdafiəçi idi. Hücumu gücləndirəcək futbolçumuzun olmaması bizə problem yaratdı”.

Vahabzadə I divizionun oyunlarını yaxından izlədiklərini vurğulayıb: “Biz Premyer Liqa ilə yanaşı, I divizondakı futbolçuları da diqqətdə saxlayırıq. Əvvəlki toplanışa aşağı liqadadan da futbolçu dəvət etmişdik. Lakin onlar ümidlərimizi doğrultmadılar. Daha doğrusu, U-21 səviyyəsində deyillər”.

Mümkün istefası barədə Vahabzadə bunları söyləyib: “Əgər işləyirsənsə, səhv olacaq. Təbii ki, mənim də səhvlərimiz var. Hər kəsin öz fikri var, hamının fikirlərinə hörmətlə yanaşıram. AFFA rəhbərliyi ilə görüşümüz olacaq. 2 oyunla bağlı hesabat verəcəyəm. Onlar da öz fikirlərini bildirəcəklər. Mənim istefamla nəsə düzələcəksə, olsun”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30