20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

U-21-ə dəstək olaq...

...0:7-LƏRİ UNUTDURMAQ ÜÇÜN

Bu gün 21 yaşadək futbolçudan ibarət milli komandamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq. Ötən görüşdə səfərdə Avstriyaya 0:7 hesabı ilə uduzan yığmamızın düşərgəsində ab-hava hazırda ürəkaçan səviyyədə deyil. Böyükhesablı yenilgidən sonra istər azarkeşlər, istərsə də mətbuat U-21-in futbolçularını, xüsusən də baş məşqçi Yaşar Vahabzadəni tənqid edir. Hətta Vahabzadənin acınacaqlı yenilgidən sonra istefa verməli olduğunu söyləyənlər də var. Təbii ki, hər kəsin fikrinə hörmətlə yanaşıram. Amma məsələyə başqa tərəfdən baxaq. Əvvəla, bu cür biabırçı hesabla uduzmağı heç bir məşqçi istəməz. O cümlədən də Vahabzadə. Əgər, məşqçinin əlinin altında lazımı qədər “material” yoxdusa, çıxıb özü oynamalıdı? Bu gün Vahabzadə 1 nominal mərkəz hücumçusu tapa bilmir. Premyer Liqada mübarizə aparan klubların hansının heyətində yaşı U-21-ə düşən azərbaycanlı hücumçu var? Yaşar Vahabzadəni müdafiə etmək fikrində deyiləm. Amma bütün günahları baş məşqçinin üzərinə atmaq da düzgün çıxmaz. Bu məğlubiyyətdə hər kəsin günahı var. Məşqçilər kimi futbolçuların da, klubların da, AFFA-nın da, lap elə mətbuatın da.

Bu gün U-21 Finlandiya ilə qarşılaşacaq. Hazırki Finlandiyanın U-21 millisinin 8 üzvü 2 il əvvəl Sankt-Peterburqda Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə U-19 millimizi 7 cavabsız qolla üstələyib. Odur ki, bu gün Yaşar Vahabzadənin komandası qələbə qazanmaqla həm Avstriyadakı biabırçı məğlubiyyəti unutdura bilər, həm də finlərdən 2 il əvvəlki yenilginin əvəzini çıxa bilər. Hazırda U-21-in dəstəyə ehtiyacı var. Gəlin, üzərimizə düşəni edək, komandamıza dəstək olaq. Çünki bu gənclər nə AFFA-nın, nə Vahabzadənindi. Onlar Azərbaycan millisinin gələcəyidirlər. Sona kimi komandamıza dəstək olaq. Oyundan sonra isə baş məşqçidən də, futbolçulardan da biabırçı yenilginin haqq-hesabını sorarıq.

Heç kim inciməsin, amma həyatında 1 dəfə də olsun U-21-ə stadiondan dəstək olmayan azarkeşin “futbolçular oynaya bilmir” deməsini, 1 dəfə də olsun gənclər yığmamızın oyunu üçün əziyyət çəkib stadiona gəlməyənlərin “Vahabzadə getməlidir” tipli açıqlamalarını anlamıram. Axı bu komanda üçün nə etmisiz ki, uduzanda haqq-hesab çəkmək fikrinə düşürsüz?

U-21 bu gün Finlandiya ilə oynayır. Saat 19:00-da, “Dalğa Arena”da. Azərbaycanın gənclər yığmasının sizin dəstəyinizə ehtiyacı var. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30