19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Futbolumuzdan "SAKİT"cə bir əfsanə keçdi! YAZI

1993-cü il idi 1-ci sinfə təzə gedirdim. Səhv etmirəmsə, “Turan” Bərdə “Pambıqçı”sı ilə oynayırdı. Dayım mayor idi, müharibənin qızğın vaxtları, hər axşam atışma başlayan kimi kişilərin döyüşə, uşaq, qadın və qocaların "podvala" getdiyi dövr... Elə həyatımı həsr etdiyim, aşiqi olduğum futbola vurulduğum günlər. Ən böyük, məni bu idman növünə qovuşduran döyüşçü dayımın gəlişini həmişə səbrsizliklə gözləmişəm.... Aldığı şirniyatdan başqa gətirdiyi hərbi papaq, güllə gilizi bir tovuzlu uşağın ən böyük arzusu idi. Amma bir dəfə 2 günlük məzuniyyətdə idi. Yenə şirniyyat, papaq və bu dəfə həqiqi güllə gətirmişdi mənə.... Amma sonuncu hədiyyəsi mənim həyatımı tam fərqli məcraya yönəltdi...

Hədiyyələri verib üzümdən öpdü, məni çiyninə alıb, tovuzluların məbədinə çevrilən yerə - şəhər stadionuna apardı. İlk dəfə idi ki, rəqiblər üçün əsl cəhənnəmə çevrilmiş məbədə ayaq basdım. Futboldan da çox şey idi o vaxt “Turan”. Müharibə dövründə

Tovuz camaatının tək təsəlli güc, qüvvə topladığı və düşmənin başına od yağdırmaqda ən böyük stimullarından idi. O komandanın başqa yerə köçürülməsi də mümkün idi, amma buna etiraz edərək "biz buradan gedən deyilik, doğma rayonumuza əlimizdən gələn köməkliyi edəcəyik, lazım gəlsə döyüşəcəyik, heç yerə getməyimiz mümkün deyil" deyən də elə Sakitlə, Cəfər olmuşdu. Dayım məni çiynindən yerə qoyub: "qaqa, bax, o bığlı, Cəfərdi, o 11 nömrə də Musadı, bax indi qol vuracaq" dedi... Həmin andan az sonra cərimə zərbəsi oldu. Topa yaxınlaşan 5 nömrəni göstərib "dayı, bəs o kimdi?" dedim. "Sakitdi qaqa, kapitanımız" cavabını verdi. o vaxtdan KAPİTAN SÖZÜNÜN SİNONİMİ İDİ SAKİT ALIYEV MƏNİM ÜÇÜN.

Vaxt keçdi böyüdüm... Mənim dayımdan qalan 2 miras hələ də mənimlədi: vətən sevgisi və futbol... Necə hərbi formada birini görəndə dayım gözümün önünə gəlirsə, kapitan deyiləndə də Sakit müəllim gəlir... Yenə illər keçdi.... Mən indi “Turan”ın mətbuat katibiyəm, formasını geyməyi arzuladığım, mənim üçün müqəddəs olan bu klubun formasını mənə hədiyyə edən ilk insan da Sakit müəllim olub.... Mətbuat katibi kimi ilk məşqçim olan insan da....

Yazmaqla bitmir.... Seçilmişlər ölümündən sonra əfsanələşir...

Sən, ölməmisən! FUTBOLUMUZDAN "SAKİT"CƏ BİR ƏFSANƏ KEÇDİ!!! Yerin cənnət olsun, Sakit müəllim!

Süleyman Tağıyev




Ad: Afgan Amrahov;   E-mail: [email protected]

13.10.2015 10:58

Allah Rehmet Elesin Amin
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30