26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Sakiti sakitcə itirdik YAZI

Kəndçim idi. Ona görə onu uşaq yaşlarımdan tanıyırdım. Hələ “Turan” yaranmamışdı, oxuduğumuz Bozalqanlı kəndindəki məktəbdə uşaqları başına yığıb məşq keçirdi. Həvəslə, istəklə çalışırdı. Deyirdi ki, ağ kağıza yazılanı silmək mümkün olmadığı kimi, sizə də indi öyrəndiyiniz vərdişləri sonradan dəyişdirmək çətin olacaq. Həqiqətən də elə ab-hava yaratmışdı ki, məktəbdən sonra ac-susuz futbol oynamağımız bizi yormurdu, əksinə, evə getmək vaxtıdı deyəndə, çöhrəmizdən məyusluq, “zəhrimar” yağırdı. Sonra “Turan” yaradıldı və əslində, Sakiti ilk dəfə onda “itirdik”. Komandanın ilk transferi olan Alıyev uşaqlar üçün əlçatmaz oldu...

...O, “Turan”ın heyətində meydana çıxanda azarkeşlər arxayın idi. Bilirdilər ki, gəlmələr oynamaq istəməsə belə, Sakit onları dürtmələyə-dürtmələyə qaçırdacaq. Çünki oyundan sonra dostuna, tanışına, qonşusuna o hesabat verəcəkdi. Kiminsə zəif oynamağının haqq-hesabı da ondan soruşulurdu. Həm də sovet məktəbinin yetirməsini indikilərə tay-tuş eləmək olmaz. O nəsil daha təəssübkeşli, məsuliyyətli idi...

...Bu gün səhəri onu birdəfəlik itirməyimiz xəbəri ilə açmaq həqiqətən də ürəyimi yandırdı. İnsanı sevmək üçün onunla mütləq qohumluq bağlılığının olması vacib deyil ki. O, peşəsini sevdiyi kimi, azarkeşlər də onu sevirdi. Sakit Tovuzun qüruru idi. Futbolçu keyfiyyətlərinə görə bəlkə də əlahiddə üstünlüyü yox idi. Vətən sevgisi, pul, iş üçün kiminsə qarşısında əyilməməsi, hər zaman həqiqət bildiyi şeyləri deməsi sevdirdi onu. İlahi ədalətə inanırdı. Bir prinsipi var idi: Başını aşağı sal işlə, amma vicdanla işlə, bir gün səni mütləq görəcəklər, zəhmətini qiymətləndirəcəklər. Ona hərdən “nemes Sakit”də deyirdilər. İş vaxtı heç kimə güzəşt etmirdi. Heç qardaşı belə, məşq vaxtı ona yaxınlaşa bilməzdi, imkan vermirdi. Bildiyini də öyrətməkdə paxıl deyildi. Səmimi insan idi, hansı ki bu gun Azərbaycan futbolunda belələri bəlkədə heç bir əlin barmaqlarını bükəcək sayda deyil. Bəlkə bu xüsusiyyətlərinə görə düşmənləri kifayət qədər idi...

... Biz onları sakit-sakit, ürək sancısı hiss etmədən itiririk. Son 4 ildə xəstəlikdən əziyyət çəkirdi. Futbolda tapdığı bu bəla ayılmağa, dircəlməyə imkan vermədi. Son aylarda isə ümumiyyətlə dost-tanışdan ayrı düşmüşdü. Adının Sakit olmasına baxmayın, çılğın idi və bu səhhətinə daha çox ziyan vurduğuna görə yaxınları evdən çıxmağa qoymurdu. Bizim sevdiyimiz, amma qoruya bilmədiyimiz Sakiti onun varlığına, yaşamasına hamıdan çox ehtiyacı olan ailəsi qorumaq istədi, çalışdı, nazı ilə oynadı, amma bir yerə qədər.

Sakit səhəri açsa da, səhərin təmiz havasını doyunca canına çəkə bilmədi...

Mahal Şahniyar




Ad: Röyal Əliyev;   E-mail: ---

13.10.2015 10:06

Sağol Mahal qardaş, halal olsun sənə Bozalqanlı torpağının suyu torpağı gözəl yazına görə çox sağol səndə bizim fəxrimizsən Sakit müəllim həqiqətən böyük insan idi Allah ona və sənində o gözəl atana rəhmət ələsin..
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30