29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Aqil Məmmədov 2 gün əvvəl istefa versə də, hər şeyə sabah aydınlıq gələcək"

“Baş məşqçi Aqil Məmmədov bazar ertəsi, 2 gün əvvəl istefa verib”. Bunu Futbolxeber.az saytına açıqlamasında “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov deyib.

Az əvvəl rekord.az saytı Aqil Məmmədovun “Sumqayıt”ın baş məşqçisi postunu tərk etdiyini, hətta onun əvəzedici komandanın baş məşqçisi Samir Abbasovla əvəzləndiyini yazıb. Lakin Rəşad Məmmədov baş məşqçinin taleyinə sabah aydınlıq gələcəyini qeyd edib: “Hələlik Aqil Məmmədovun istefasının qəbul olunub-olunmayacağı bilinmir. Sabah klub rəhbərliyinin iştirakı ilə Müşahidə Şurasının iclası keçiriləcək. Toplantı sabah saat 15:00-da “Azərkimya”nın binasında olacaq. Məhz həmin iclasda bütün suallara aydınlıq gələcək”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31