29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qəbələ” sabah hazırlıqlara start verəcək

Premyer Liqanın VII turunun “Xəzər Lənkəran”la qarşılaşmasından (6:0) sonra məşqlərinə ara verən “Qəbələ” sabah hazırlıqlara start verəcək. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, oktyabrın 4-dəki oyundan sonra ilk məşqinə çıxacaq “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda bir araya gələcək. Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranan fasilə səbəbindən verilən istirahət müddətində vətəninə yollanan bəzi legionerlər də geri dönərək məşqlərə qatılacaq. Komandanın hazırlığında yığmaların düşərgəsində olanlar iştirak etməyəcək. Axşam məşqi ilə start götürəcək hazırlıqlar gündə bir dəfə olmaqla davam etdiriləcək.

Xatırladaq ki, “Qəbələ”nin futbolçularından Rəşad Sadiqov, Ruslan Abışov, Arif Daşdəmirov və Məhəmməd Mirzəbəyov Azərbaycanın əsas, Elvin Camalov U-21 komandasına çağırılıb. Legionerlərdən Ermin Zets Bosniya və Herseqovina, Sergey Zenyov Estoniya yığmasının düşərgəsindədir. “Qəbələ” Premyer Liqanın VIII turunun oyununu oktyabrın 18-də keçirəcək. Komanda həmin gün səfərdə “Neftçi” ilə qarşılaşacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31