25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Roman Qriqorçuk: “Futbolçular sabah tapşırıqları səhvsiz yerinə yetirsələr...”

“Komandada vəziyyət yaxşıdır. Hazırlığımız qaydasındadır. Gileylənmək üçün heç bir əsasımız yoxdur. Sabahkı oyuna köklənmişik”. Futbolxeber.az-ın Krasnodara ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Sabah Avroliqanın qrup mərhələsinin ikinci turu çərçivəsində “Qəbələ” səfərdə “Krasnodar”ın qonağı olacaq.

Hazırda matçın keçiriləcəyi “Kuban” stadionunda oyunöncəsi mətbuat konfrnası keçirən “Qəbələ”nin çalışdırıcısı start heyəti ilə bağlı bunları deyib: “Sabah meydana buraxacağım start heyətini tam müəyyənləşdirməmişik. Bunu tam səmimi deyirəm. Axşam məşqindən sonra köməkçilərimlə bu haqda fikir mübadiləsi aparacağıq. Yəqin ki, sabah günün yarısı heyətimiz bəlli olacaq”.

Ukraynalı mütəxəssis rəqin haqda bunları söyləyib: “Krasnodar”ın oyununu tək “Terek”ə qarşı keçirdiyi son matça görə qiymətləndirə bilmərik. Rəqibin əvvəlki görüşlərini də izləmişik. “Krasnodar”ı hərtərəfli analiz etmişik. Heyətlərində sürətli oyunçuları var. Onlar hər an bizim üçün təhlükə yarada bilərlər. Bir daha qeyd edim ki, “Krasnodar”ın baş məşqçisi çox təcrübəli mütəxəssisdir”.

Qriqorçuk qeyd edib ki, sabah komandası ilk növbədə səhvsiz oynamalıdır: “Müxtəlif səviyyəli komandalara qarşı oynamışıq. Onların hər biri üçün sürprizlərimiz olub. “Krasnodar”la matç da istisna olmayacaq. Sabah bizim üçün əsas odur ki, düzgün oynayaq. Futbolçular tapşırıqları səhvsiz yerinə yetirsələr, uğurlu nəticə əldə edə bilərik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30