19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Toni Adams: “Krasnodarda heç-heçə də yaxşı nəticə hesab olunacaq”

“Bizi qarşıda “Krasnodar”la çətin oyun gözləyir. Rusiya klubunun heyətində çox yaxşı futbolçular çıxış edir”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qəbələ”nin idman direktoru Toni Adams deyib.

Adams “Krasnodar”ın son oyunlarını izlədiyini qeyd edib: “Dortmunddakı görüşə baxmışam. “Krasnodar”la oyun bizim üçün vacibdir. Məncə yaxşı çıxış etməli və qrup mərhələsində mübarizə aparmaqdan həzz almalıyıq. Bura qədər irəliləmək bizim üçün uğurdur. Amma bununla kifayətlənmək lazım deyil. Bundan sonra da yeni uğurlar qazanmaq üçün mübarizə aparmalıyıq”.

Adams sabahkı matçda heç-heçəyə razı olduğunu gizlətməyib: “Qalib gəlməyimizi çox istərəm. Amma heç-heçə də yaxşı nəticə hesab olunacaq”.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30