19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qəbələ”dən cari mövsümün ilki

Topaz Premyer Liqasında mövsümün ilk böyükhesablı nəticəsi qeydə alınıb. Futbolxeber.az-ın məlumatına görə, VI turun “Rəvan”la səfər qarşılaşmasında 3 cavabsız qol vuran “Qəbələ” mövsümün ilkini gerçəkləşdirib. Belə ki, əvvəlki 5 turun 25 oyununda böyük hesaba təsadüf olunmamışdı.

Ölkə çempionatları tarixində heç vaxt belə nəticə bu qədər gec qeydə alınmamışdı. Əvvəlki 23 mövsümün 19-da 1-ci, 3-də isə 2-ci turda ən azı bir qarşılaşma 3 və daha çox top fərqi ilə başa çatıb. Bir dəfə isə ilk böyük hesab 3-cü turda olub. Cari mövsüm isə belə nəticəyə ən gec təsadüf olunan çempionatdır.

Ümumilikdə isə əvvəlki 23 çempionatda 761 belə hesaba rast gəlinib. “Qəbələ” 19-cu dəfə belə qalib gəlibsə, “Rəvan” 12-ci dəfə 3 və ya daha çox top fərqilə uduzub.

Ölkə çempionatlarında hamıdan çox - 116 böyükhesablı qələbə “Neftçi” əldə edib. “Kəpəz” 91, “Qarabağ” 84 dəfə bunu bacarıb. MOİK isə hamıdan çox - 52 dəfə ağır məğlubiyyət alıbsa, “Şahdağ” (Qusar) 45, “Turan” 44 belə yenilgi alıb.

 


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30