28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Neftçi”ni sevindirən, Qriqorçuku məyus edən hakim “Qəbələ”nin oyununda

Xəbər verdiyimiz kimi, Avroliqanın qrup mərhələsinin ikinci turu çərçivəsində keçiriləcək  “Krasnodar” - “Qəbələ” oyununu polşalı Marçin Borski idarə edəcək. Futbolxeber.az-ın məlumatına görə, 42 yaşlı hakimin yolu əvvəllər də Azərbaycan klub ilə kəsişib. Belə ki, 2008-ci ildə artıq tarixin yaddaşına qovuşan Intertoto Kubokunun ilk mərhələsi çərçivəsində baş tutan “Neftçi” - “Nitra” (Slovakiya) görüşünün hakimi məhz Borski olub. Həmin oyun “Neftçi”nin 2:0 hesablı qələbəsi ilə tamamlanıb.  

2007-ci ildə isə Borskinin idarə etdiyi görüşdə U-21 yığmamız Bakıda Yunanıstana 0:2 hesabı ilə uduzub.

Polşalı referinin idarə etdiyi 3 avrokubok oyunu ruslar üçün də düşərlidir. Belə ki, həmin oyunlardan 2-də qələbə qazanan Rusiya klubları (“Dinamo”, “Zenit”), 1 matçda da (“Rubin”) meydandan heç-heçə ilə ayrılıblar.

Digər maraqlı məqam isə odur ki, Marçin Borski ötən il Avroliqanın III təsnifat mərhələsi çərçivəsində baş tutan “Split RNK” (Xorvatiya) - “Çernomorets” (Ukrayna) görüşündə də ədaləti qoruyub. “Qəbələ”nin hazırki baş məşqçisi Roman Qriqorçuk həmin vaxt Odessa klubunu çalışdırırdı. Hazırda “Qəbələ”nin formasını geyən Dmitri Bezotosnı, Aleksey Qay, eləcə də komandanın sabiq futbolçuları Ruslan Fomin və Mixail Sivakov da həmin görüşün iştirakçılarından olub. Həmin matç Qriqorçukun komandasının 0:2 hesablı yenilgisi ilə başa çatıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31