19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

​"Krasnodar"ın baş məşqçisi: "Pik formamıza "Qəbələ" ilə oyunda çıxmaq istəyirik"

“Ən böyük problem zədəli futbolçularımızın olmasıdır. Bundan başqa heyətdə yeni oyunçular da var ki, onlar uyğunlaşma dövrü keçir". Futbolxeber.az-ın "Report"a istinadən verdiyi məlumata görə, bu sözləri "Qəbələ"nin Avropa Liqasındakı rəqibi "Krasnodar"ın baş məşqçisi Oleq Kononov deyib.

Oktyabrın 1-də "Qəbələ" ilə Avropa Liqası matçına çıxacaq komandanın baş məşqçisi gərgin qrafiklə işlədiklərini bildirib. O.Kolonov zədəli futbolçulardan danışıb: "Şadam ki, Joazinyo ölkə çempionatının son oyununda meydana çıxdı. Düşünürəm ki, artıq o əsas heyətə qayıtdı. Odil Əhmədov tezliklə hazır olacaq. Ola bilər ki, "Qəbələ" ilə oyunda meydana çıxsın. Maurisio Pereyranın isə meydana çıxacağı vaxt dəqiq məlum deyil".

Baş məşqçi məhz "Qəbələ" ilə keçirəcəkləri növbəti oyundan etibarən pik formaya çıxmaq istədiklərini söyləyib. 49 yaşlı mütəxəssisin sözlərinə görə, bu, bir neçə amildən - bərpa, adaptasiya və s. asılıdır. O deyib ki, bir neçə oyunçu zədələrdən sonra lazımi formanı yığa bilməyib: "Görünür, bizim məşq prosesində nə isə çatışmır. Bu barədə düşünmək lazımdır. Amma məni qane edən məqamlar da var. Aradan qaldırılması gərəkən səhvlərimizi bilirik. Təəssüf ki, kombinasiyalı oyun üzərində mövsümöncəsi hazırlıq dövründə yox, indi işləməyə məcburuq. Bizə heyəti işlək vəziyyətə gətirmək üçün vaxt lazımdır. Vaxt az olsa da, var. Biz də bundan maksimum dərəcədə səmərəli istifadə edəcəyik". 

Qeyd edək ki, "Krasnodar" - "Qəbələ" qarşılaşması Bakı vaxtilə saat 00:05-də start götürəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30