16 May 2024, Cümə axşamı
“Şamaxı” zirvəyə yüksəldi
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi
Sxadadze Gürcüstana yollanıb

Ölkə futbolu

"Rəvan" "Neftçi"ni "Bakı"ya dəyişdi

 

"Rəvan” futbol klubu çempionatın qalan bölümünə hazırlıqlarını davam etdirir. Futbolxeber.az xəbər verir ki, bu gün komanda 2 məşqə çıxıb. Səhər hazırlığında futbolçular daha çox fiziki məşğələlərə üstünlük verib. Fiziki hazırlıq üzrə məşqçimiz Rastislav Svitskinin bilavasitə nəzarətdə saxladığı məşqdə oyunçuların çatışmayan cəhətləri üzərində ciddi işləməsi daha çox diqqət çəkib. Təxminən 1 saatlıq hazırlıqdan sonar futbolçular istirahətə buraxılıb.

Amma bir neçə saatlıq. Çünki saat 16:00-da komandamız günün ikinci məşqinə çıxıb. Bu dəfə futbolçular ənənəvi isinmə hərəkətlərindən sonra daha çox topu özündə saxlama, topa sahibolma, standart vəziyyətlər və qapıya zərbələr üzərində işləyib. Bayram ərəfəsində futbolçuların yüksək əhval-ruhiyyədə olduğu dərhal sezilib.

Qeyd edək ki, "Rəvan" bayram günlərində də məşqlərə ara verməyəcək. Özü də gündə 2 dəfə hazırlıq keçəcəklər. Martın 23-də isə "Rəvan” yoldaşlıq oyunu keçirəcək. Rəqib əvvəlcədən gözlənildiyi kimi "Neftçi” yox, "Bakı” olacaq.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31