25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

CAS “Xəzər Lənkəran”ı ümidləndirdi

"Xəzər Lənkəran”a FİFA tərəfindən tətbiq olunan transfer qadağasının müddətinin uzadılmasından sonra cənub klubunun bu qərarla barışmayacağı məlum idi. Futbolxeber.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, lənkəranlılar artıq bu məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət ediblər.

Cənub klubunun idarəçiləri avropalı vəkillərlə də məsləhətləşiblər və məlum olub ki, əgər CAS müraciəti icraata qəbul etsə, o zaman problemin müraciət edən tərəfin xeyrinə həll olunma ehtimalı 80-90 faiz təşkil edir.

Bu gün isə axşam saatlarında CAS-dan “Xəzər Ləkəran”a faks daxil olub və faksda qeyd olunur ki, artıq Arbitraj Məhkəməsi klubun müraciətini qəbul edib. Bildirilib ki, bununla bağlı FİFA-ya müvafiq sorğu yollanıb. Ali futbol qurumu ən gec 10 gün ərzində verdiyi qərar haqqında əsaslarını açıqlamalıdı.

Daha sonra isə məhkəmə son qərarını verəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30