24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Holland mütəxəssis “Qəbələ”nin məşqçi heyətinə seminar keçdi

"Qəbələ" Futbol Akademiyasının direktoru Stenli Brardın dəvəti ilə Qəbələdə səfərdə olan hollandiyalı mütəxəssis Vim Yansen akademiyanın məşqçi heyətinə seminar keçib. Futbolxeber.az-ın klubun rəsmi feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, seminarın birinci hissəsində Yansen Holladiya yığma komandasının sistemi və bu sistemin necə hazırkı səviyyəyə çatması barədə məlumat verib. İkinci hissədə isə məşqçilər futbolda inkişaf imkanları, fərdi bacarığın inkişafı, futbolçuların və məşqçilərin öz üzərlərində işləmək yolları barədə məlumatlandırılıb. Seminarın sonunda akademiya məşqçisi Famil Xəlilov təqdimata və dəyərli məlumatlara görə Vim Yansenə təşəkkürünü bildirib.

Xatırladaq ki, Vim Yansen futbolçu karyerası ərzində "Feyenoord", "Vaşinqton Diplomats" və "Ayaks" kimi klubların formasını geyinib. 65 dəfə Hollandiya milli komandasının heyətində meydançaya çıxan Yansen 1974 və 1978 Dünya Çempionatlarının final mərhələsinin iştirakçısıdır. Yansen baş məşqçi kimi "Feyenoord", "Seltik" kimi komandaları çalışdırıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30