19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

AFFA əməkdaşları UEFA seminarında iştirak edir

Sentyabrın 23-dən etibarən Xorvatiyanın Dubrovnik şəhərində UEFA-nın bütün üzv assosiasiyalarının nümayəndələrinin iştirakılə UEFA-nın “Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play-i” mövzusunda seminarı keçirilir. Futbolxeber.az-ın məlumatına görə, UEFA-nın üzvlərindən əlavə, Avropa futbol təşkilatının dəvətilə digər Konfederasiyaların nümayəndələri (FİFA, AFC, CAF, CONCACAF və OFC) də tədbirdə iştirak edirlər.

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov, lisenziyalaşdırma üzrə ekspertlər Bəhram Dadaşov və Aynur Abdullayevanın iştirak etdiyi seminarda aşağıdakı mövzular müzakirə olunur:

· Ötən lisenziyalaşdırma mövsümünün icmalı

· UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play-i üzrə qaydalarında baş vermiş dəyişikliklər

· UEFA tərəfindən hazırlanmış, Avropanı əhatə edən Lisenziyalaşdırma üzrə statistik hesabatın təqdimatı

· UEFA-nın və müxtəlif federasiyaların əməkdaşları arasında ikitərəfli görüşlər

Seminarın ilk günündə təşkilatçıların təşəbbüsü ilə 4 ölkəni təmsil edən Lisenziyalaşdırma şöbələrinin rəhbərləri lisenziyalaşdırma sisteminin tətbiqi ilə bağlı fikirlərini tədbirin digər nümayənədələri ilə bölüşüb və müxtəlif sualları cavablandırıblar. Xorvatiya, Kipr və İslandiyanı təmsil edən nümayəndələrlə bərabər AFFA-nın Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov da müzakirələrdə iştirak edib.

Seminar sentyabrın 25-də başa çatacaq.


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30