20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

AZAL Şüvəlana qayıdır

"AZAL Arena”nın süni örtüklü meydançasında yaranan problem üzündən Topaz Premyer Liqasının oyunlarını “Dalğa Arena”da keçirən AZAL yenidən doğma stadiona qayıda bilər”. Futbolxeber.az-ın məlumatına görə, bunu AZAL-ın mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov şəxsi “facebook” səhifəsində paylaşıb.

Onun sözlərinə görə, avqustun əvvəllərindən idman qurğusunda aparılan təmir işləri artıq yekunlaşmaq üzrədi: “Meydançada olan nasazlıqlar ardan qaldırılıb. Yaxınlarda xaricdən dəvət olunan əcnəbi mütəxəssis də görülən işlərdən razı qalıb. Onun verdiyi müvafiq təlimatlara tam əməl olunub. 2010-cu ildə bu süni örtüyü meydançaya döşəmiş Hollandiyanın “EDEL GRASS” şirkətinin baş mütəxəssisi Berri Bey iki həftə əvvəl “AZAL Arena”nı təftiş edərək, labarator müayinə üçün meydançadan nümunələr götürmüşdü. Otun keyfiyyətinin və ölçülərinin müfaviq normalara cavab verdiyini bildirən hollandiyalı mütəxəssis keyfiyyətdən düşən rezin qum dənəcəklərinin dəyişdirilməsini və stadiona gündəlik xidmətin səviyyəsinin yaxşılaşdırılmasını məsləhət görmüşdü. Bu səbəbdən 10 tona yaxın yeni rezin dənəciklər səpilib və müydançanın suvarılma intensivliyi artırılıb. Bundan başqa, yüklənmənin səviyyəsi əhəmiyyətli dərəcədə azaldılıb və bir neçə komandanın məşqləri, oyunları başqa stadiona keçirilib. İndi “AZAL Arena”da yalnız əsas komanda təlim keçir”.

Yusifov qeyd edib ki, stadionda cari təmir işləri başa çatdığı üçün klub rəhbərliyi xüsusi komissiya tərəfindən təftiş aparılması üçün PFL-ə rəsmi müraciət etməyi planlaşdırır: “Bayramdan sonra bu baş verəcək. Ona görə də Topaz Premyer Liqasının VII turunun AZAL - “Rəvan” matçının Şüvəlanda keçiriləcəyi istisna olunmur”.

Mənbə: apasport.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30