19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Neftçi" kuboku penaltilərlə qazandı

Bu gün Azərbaycan kubokunun final matçı baş tutacaq. Futbolxeber.az-ın məlumatına görə, həlledici qarşılaşmada iki əzəli rəqib - "Neftçi" və "Xəzər Lənkəran" üz-üzə gələcəklər. 
 
"Neftçi" - "Xəzər Lənkəran" 0:0 pen - 5:3  
Tofiq Bəhramov adına Respublika stadionu
 
“Neftçi”: 30. Saşa Stamenkoviç, 3. Denis Silva Kruz , 6. Rəşad Sadiqov (k), 9. Flavio Aleks Valensio, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Fabian Ramos, 16. Bruno Bertuççi , 17. Araz Abdullayev, 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə

Ehtiyat oyunçular: 12. Emil Balayev, 2. Jose Luis Kabion, 4. Tərlan Quliyev , 8. Elşən Abdullayev , 14. Bahodir Nasimov, 19. Mirhüseyn Seyidov, 28. Emin Mehdiyev

“Xəzər Lənkəran”: 30. Toni Doblas, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Elnur Allahverdiyev, 8. Eder Bonfim , 10. Elnur Abdullayev , 14. Rahid Əmirquliyev (k), 21. Radomir Todorov , 27. Adrian Skarlatake ,55. Ağabala Ramazanov , 99. Marin Orsuliç

Ehtiyat oyunçular: 25. Orxan Sadıqlı, 7. Sadio Tounkara , 9. Uğur Pamuk, 11. Dmitrios Sialmas, 17. Kazım Kazımlı , 20. Akif Tağıyev, 42. Kamran Abdullazadə

***

Oyun başladı.

İlk hücum "Xəzər Lənkəran"dan gəldi. 

"Neftçi" ilk hücumunu qursa da, rəqib qapısı qarşısında təhlükə yaranmır.

Rahid Əmirquliyev yerdə qalsa da, burada kobudluq yox idi.

Bonfimdən gözəl hərəkətlər. Lakin asması yaxşı alınmadı. 

Elvin Yunuszadə son anda Ağabala Ramazanovun qarşısını aldı. Bonfimin asması isə yenə də ünvanına çatmadı. 

Todorovun asması Stamenkoviçdə qaldı.. 

Oyunda ilk qol epizodu 18-ci dəqiqədə yarandı. Flavinyonun reydindən sonra Araz Abdullayevin qapı qarşısına ötürməsinə Kanales ayağ qoya bilmədi. 

Künc zərbəsini "Xəzər Lənkəran"lı müdafiəçilər uzaqlaşdırdılar. 

Abdullayevin növbəti cinah ötürməsi...yenə də top uzaqlaşdırıldı. 

Küncdən ötürülən topu Elvin Yunuszadə başla qapıya göndərmək istəsə də, zərbəsi zəif alındı.

Bertuççinin zərbəsi zəif alındı və Doblas topu tutmaqda çətinlik çəkmədi. 

Ağabala Ramazanov yerdə qalsa da, hakimin fiti susdu.

"Neftçi"nin növbəti künc zərbəsi. Bu dəfə Rahid Əmirquliyev topu uzaqlaşdırdı. 

Kanalesin başla zərbəsi Doblasda qaldı. 

Bonfimin ötürməsi ünvansız alındı. 

Skarlatake Flavinyonun dabah ötürməsini "oxudu".

Mahir Şükürovun zərbəsi Todorova dəydi. 

Araz Abdullayevin sağ ayaqla endirdiyi top kənara getdi. 

"Xəzər Lənkəran" ilk künc zərbəsini yerinə yetirsə də, Stamenkoviç topu uzaqlaşdırdı. 

Elnur Allahverdiyevin asması təhlükəli alındı. Şükürov topu uzaqlaşdırdı.

"Neftçi" əks-hücuma çıxa bilərdi. Lakin ötürmə qeyri-dəqiq alındı. 

Kanalesin başla zərbəsi alınmadı. 

Denis Silva Elnur Abdullayevin zərbə vurmasına imkan vermədi. 

Bruno Bertuççi yerdə qalıb. 

Kanalesin zərbəsi qapının üstündən keçdi. 

Rəşad Sadiqovun zərbəsi də qapının üstündən keçdi. 

Toni Doblasın gözündə problem yaranıb. Hər şey qaydasındadı. 

İlk yarı başa çatdı. Komandalar fasiləyə qolsuz yollanılar. 

İlk 45 dəqiqədə komandalardan heç birinin aşkar üstün olduğunu söyləmək olmaz. İlk dəqiqələrdə "Xəzər Lənkəran", daha sonra isə "Neftçi" üstün idi. Sona yaxın "Xəzər Lənkəran" yenidən fəallaşsa da, 45 dəqiqə ərzində yüzfaizli qol epizodu olmadı. Yalnız "Neftçi"nin bir hücumunu qeyd etmək oar ki, həmin anda da Kanales topa toxuna bilmədi. 

İkinci hissə başladı. 

"Xəzər Lənkəran"ın heyətində əvəzetmə var. Sadio Tounkara meydana daxil olub. O Eder Bonfimi əvəzləyib. 

"Neftçi"nin hücumu təhlükəli alındı. Lakin topa ayağını qoyan Flavinyo istəyinə çata bilmədi. 

Tounkaranın ötürməsi əla alınsa da, Elnur Abdullayev istədiyi kimi zərbə endirə bilmədi. 

Kanales başla istədiyi kimi zərbə endirə bilmədi. 

"Xəzər Lənkəran"da ikinci dəyişiklik. Orsuliçi Sialmas əvəzlədi. Toşak hücum xəttini gücləndirir, 

Uzaqdan zərbə..top Doblasda qaldı.

Rəşad Sadiqovun zərbəsi alınmadı. 

Meydanda gərgin anlar yaşadnı. Sadio Tounkara Flavinyoya qarşı kobud oynayıb. Bu zaman Bruno Betuççi və Elnur Allahverdiyev arasında gərgin anlar yaşanıb. Elnurun aqressivliyindən əsəbləşən Con Toşak da özündən çıxıb. Uelsli mütəxəssis meydana daxil olaraq, futbolçusundan sakitləşməyi tələb edib. Nəticədə hakim həm Allahverdiyevi, həm də Bertuççini sarı vərəqə ilə cəzalandırıb.

Kanales yerdə qalsa da, hakim "davam" işarəsi verdi. 

Flavinyo yerdə qaldı. "Neftçi" cərimə zərbəsi yerinə yetirəcək.

Bertuççinin zərbəsi qapıdan azca aralı keçdi.

Ramazanovun asması pis alındı.

Bu dəfə cərimə zərbəsini Lənkəran klubu yerinə yetirəcək. Ramos kobudluq etmişdi.  

Kanales az qala qapıçı ilə təkbətək çıxacaqdı. Lakin Doblas əla oynayaraq, çilili hücumçunu qabaqladı.

Kanalaes topu saxlasa da, qapıya zərbə vura bilmədi. 

"Xəzər Lənkəran"ın heyətində sonuncu əvəzetmə. Skuardellini Uğur Pamuk əvəzlədi. Görəsək, Uğur "Xəzər Lənkəran"a uğur gətirəcəkmi?

Tounkara sarı vərəqə ilə cəzalandı. 

Uğur Pamuk Sialmasa əla ötürmə versə də, yunan forvard topu itirdi. 

Tounkaranın əla zərbəsini Stamenkoviç eyni gözəlliklə dəf etdi.

Allahverdiyevin asması təhlükəli alınsa da, Stamenkoviç Sialmasın zərbə endirməsinə imkan vermədi. Amma bu epizodda serb qolkiper zədələndi. Saşanın qabırğasında problem var. Hazırda həkimlər ona yardım göstərirlər. Hər şey qaydasındadır. Stamenkoviç topu oyuna daxil edəcək. 

Abdullayev yerdə qaldı. Hakim haqlı olaraq "davam" dedi. 

Sialmasdan möhtəşəm hərəkətlər. Yunan forvard yerdə qaldı. Hakim cərimə zərbəsi təyin etdi. Denis Silva da sarı vərəqə ilə cəzalandı.

Skarlatakenin zərbəsi üstdən keçdi. 

Vobay istədiyi kimi zərbə endirə bilmədi topa. 

"Neftçi"nin hücumu təhlükəli alındı. Yunuszadə Skarlatakeyə qarşı kobud oynadı.

Meydandan yenə gərgin anlar yaşanır. Tounkara Şükürov və Sadiqovla mübahisə edir. Hakim oyunçuları sakitləşdirir. 

Silva sarı vərəqə ilə cəzalanır. 

Şükürovun cərimə zərbəsi təhlükəli alınsa da, əvvəlcə Doblas, daha sonra müdafiəçilər yaxşı oynadılar. 

Bu gedişlə oyun əlavə vaxta gedəcək. 

"Xəzər Lənkəran"ın son hücumu təhlükəli alına bilərdi. Lakin Tounkara əvvəlcə özünü, daha sonra topu itirdi. 

90 dəqiqə başa çatdı. Hələ ki qol yoxdu. Görək, əlavə vaxtda qol izləyə biləcəyəkmi?

Üçüncü hissə başladı.

Elvin Yunuszadənin başla zərbəsi üstdən keçdi. 

Abdullayevin asması təhlükəli alınsa da, Skarlatake qola imkan vermədi. 

İnanılmaz epizod yaşanır meydanda. "Xəzər Lənkəran"ın hücumu zamanı meydanda iki top var idi. Rəqibin hücumunu yarımçıq saxlamaq üçün "Neftçi"nin futbolçusu digər topu əsas topun olduğu zonaya göndərdi. Belədə hakim oyunu saxlamaaq məcburiyyətində qaldı. 

Hakimə narazılıq etdiyinə görə ehtiyat oyunçular skamyasındakı Skuardelli, eləcə də meydandakı Araz Abdullayev sarı vərəqə ilə cəzalandılar. 

"Neftçi"də ilk əvəzetmə. Anlaşılmaz dəyişiklik. Araz Abdullayevi Emin Mehdiyev əvəzlədi. 

Yunuszadənin zərbəsi qeyri-dəqiq alındı. 

Flavinyonun ötürməsindən sonra Emin Mehdiyev topu boş qapıya göndərə bilmədi.

Şükürovun təhlükəli zərbəsi qapıdan azca aralı keçdi. 

İlk hissə də başa çatdı. Komandalar meydandakı yerlərini dəyişirlər. İndi dördüncü hissə start götürəcək. 

Sonuncu hissə də start götürdü. 

Mehdiyevin zərbəsi Doblasda qaldı. 

Həm Mehdiyev, həm də Allahverdiyev yerdə qalıb. 

Tounkaradan əla hərəkətlər. Amma son anda Denis Silva onun qarşısını kəsdi. 

"Xəzər Lənkəran"ın künc zərbəsi təhlükəli alınmadı. 

Sialmas yerdə qalsa da, hakim yenə "davam" dedi. 

Mahir Şükürov sarı vərəqə ilə cəzalandı.

Vobayın möhtəşəm zərbəsini Doblas eyni gözəlliklə qaytarsa da, hakim cərimə zərbəsinin olduğunu bildirdi. 

İkinci əlavə vaxt da başa çatdı. Bu dəfə də qapılara qol vurulmadı və qalib penaltilərlə müəyyənləşəcə

Beləliklə, həyəcan dolu anlar başlayır: PENALTİLƏR

Kanales - 1:0

Sialmasın zərbəsini Saşa dəf etdi. 

Bertuççi - 2:0

Ramazanov - 2:1

Flavinyo - 3:1

Əmirquliyev - 3:2

Şükürov - 4:2

Tounkara - 4:3

Sadiqov - 5:3. 

"Neftçi" penaltilərlə qələbə qazanaraq "Qızıl dubl"u rəsmiləşdirdi 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30