19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Adrian Pit: "Onlar gələn il "Xəzər Lənkəran"a çempion olmaqda yardımçı olacaqlar"

"Xəzər Lənkəran"ın futbolçusu Adrian Pit Futbolxeber.az saytına müsahibə verib.

- "Neftçi"yə qarşı keçiriləcək final oyununda meydana çıxmayacağın dəqiqdir?

- Təəssüflər olsun ki, finalda oynaya bilməyəcəyəm. Halbuki meydanda olmağı çox istəyirdim. Komandama yardımçı ola bilməyəcəyimə görə üzgünəm.

- Bəs, həkimlər nə deyir? Nə vaxt hazır olacaqsan?

- 3 həftədən sonra hazır olacağam. Özüm də meydana çıxmağı çox istəyirəm.

- Deməli, Avroliqa oyunlarına qədər hazır olacaqsan?

- Hə, o vaxta kimi tam formamı bərpa etməliyəm. İyunun 17-də yenidən Türkiyəyə yollanacağam. Orada həkim müayinəsindən keçəcəyəm və hər şeyə aydınlıq gələcək. Ümid edirəm ki, yeni mövsümöncəsi təlim-məşq toplanışına qədər hazır olacağam.

- Bugünkü final matçı haqda nə düşünürsən?

- Hər şey yalnız 1 oyundan aslıdır. Kimin çempionatda necə çıxış etməsinin də finalda heç bir önəmi yoxdur. Bu, finaldı. Kim daha yaxşı oynasa, o da qalib gələcək. Bizim üçün mövsüm ərzindəki ən mühüm oyun olacaq.

- Şansları necə dəyərləndirərdin?

- Bu cür oyunlarda aşkar favorit olmur. Ona görə də şanslar 50-nin 50-yədir.

- Adrian Pitin meydanda olmamasını "Neftçi" üçün üstünlük hesab etmək olar?

- "Neftçi" barədə danışmaq istəmirəm. Çünki məni yalnız öz komandam maraqlandırır.

- Artıq bir müddətdir ki, komandaya Con Toşak rəhbərlik edir. Uelsli mütəxəssisin gəlişi "Xəzər Lənkəran"da nəyi dəyişdi?

- Onun gördüyü iş göz önündədir. Toşak işinin öhdəsindən lazımınca gəlir. Komandada ciddi nizam-intizam yaradıb. Futbolda uğur qazanmaq üçün intizam böyük önəm daşıyır.

- Bir neçə gün əvvəl "Xəzər Lənkəran" ardıcıl olaraq 3 transfer reallaşdırdı. Yeni komanda yoldaşların barədə nə deyə bilərsən?

- Hər üçünü tanıyıram. Yaxşı oyunçulardı. Ümid edirəm ki, onlar gələn il "Xəzər Lənkəran"a çempion olmaqda yardımçı olacaqlar.

- Gələn il "Xəzər Lənkəran"ın 10 illiyidir.

- Bilirəm.

- Onu da bilirsən ki, azarkeşlər yubiley ilində komandadan yalnız çempionluq gözləyirlər?

- Əlbəttə, bilirəm.

- Azarkeşlərin istəyi reallaşacaq?

- İndiki məqamda gözləmək daha yaxşıdır. Çempion olmaq üçün oynamaq, qələbə qazanmaq və yalnız bundan sonra danışmaq olar. Mən söz xatirinə danışan insanlardan deyiləm. Amma çempion olacağımıza inanıram. Hamımız buna ümid etməliyik.

- Qarşıdan Avroliqa oyunları gəlir...

- Ötən il cəmi 1 mərhələ adladıq. Amma bu dəfə ötənilki nəticəmizi yaxşılaşdırmağa çalışacağıq. İrəli getmək, Avropada uğur qazanıb, azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik.

Elman MƏHƏRRƏMOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30