29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

“Hava limanına millini qarşılamağa gələnlərə təşəkkürümüzü bildiririk”

19 yaşadək qızlardan ibarət yığma komandamız Avropa Çempionatının ilkin seçmə mərhələsi çərçivəsində keçirdiyi 3 oyunun hamısında qələbə qazanıb və qrup lideri kimi elit-raunda vəsiqə qazanıb. Futbolxeber.az-ın məlumatına görə, bu gün vətənə dönən millinin bir neçə üzvü fikrini affa.az saytına bildirib:

Nigar Cəlilli: “Ən çətin oyunlarımızı keçirdik. Həm də məsuliyyətimiz böyük idi. Çox çalışırdıq, nəhayət, bu dəfə məqsədimizə nail olduq. Qazandığımız nəticəyə görə çox şadıq. Bu münasibətlə komanda yoldaşlarımı, bizi dəstəkləyən hər kəsi təbrik edirəm. Əziyyəti olanlara, hava limanına millini qarşılamağa gələnlərə təşəkkürümüzü bildiririk.

Qrup mərhələsi çərçivəsində 3 oyun keçirdik. Ən çətin oyunumuz Belçika millisi ilə oldu. Çünki onlar qrupun ən güclü komandası hesab edilirdilər”.

Aysun Əliyeva: “Qrup mərhələsi bizim üçün çox vacib idi. Oyunların çətin keçməyinə baxmayaraq, ölkəmizi layiqincə təmsil edə bildik. Üç oyundan maksimum xal toplamaqla ilkin seçmə mərhələni birinci pillədə başa vurduq. Elit-raunda yüksəldiyimizə görə çox sevinirik. Çalışacağıq ki, apreldə keçiriləcək elit-raund mərhələsində də ölkəmizi layiqincə təmsil edək.

Oyunlar arasında ən yaddaqalanı Belçika yığması ilə qarşılaşma oldu. Rəqibimiz güclü komanda idi. Ona görə qarşılaşma çətin keçdi. Böyükhesablı qələbə qazansaq da, ən çətin oyunumuz onlara qarşı oldu.

Əslində, üç oyunun hamısında qələbə qazanacağımızı gözləmirdik. Ancaq başlanğıc uğurlu alındı və bundan sonra komandada özünəinam yarandı. Nəticə isə göz qabağındadır.

Bizi elit-raundda çətin sınaq gözləyir. Komanda yoldaşlarıma inanıram”.

Süsən Mənsimova: “Oyunları yüksək səviyyədə keçirdik. Qadın futbolu tarixində bəlkə də ən uğurlu ilimizi yaşayırıq. İndiyə qədər belə bir uğur əldə etməmişdik. Bunun davamını elit-raundda da gətirməyə çalışacağıq.

Bu nəticə komandada özünəinamı artırdı. İlk oyunda qazanılan qələbə bizi həvəsləndirdi. Daha sonra həmin uğurun davamını gətirdik. Qazandığımız nəticələrdə AFFA-nın dəstəyi bizə çox kömək etdi. Bu dəstəyə, yaradılan şəraitə görə assosiasiya rəhbərliyinə təşəkkürümüzü bildiririk”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31