25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Ansi Aqolli 11-ci oldu

“Qarabağ”ın futbolçusu Ansi Aqolli Topaz Premyer Liqasında yubiley matçını keçirib. Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, albaniyalı legioner V turun “Kəpəz”lə səfər qarşılaşmasında ölkə çempionatında 150-ci matçına çıxıb. O, bu oyunlarda 3 qol vurub. 2010-cu ildən Azərbaycanda çıxış edən Ansi Premyer Liqadakı bütün qarşılaşmalarını “Qarabağ”ın heyətində keçirib. Ansi Ağdam təmsilçisinin heyətində çempionatda 150 və daha çox oyunda mübarizə aparan 11-ci futbolçu olub. Ona qədər 10 oyunçu “Qarabağ”la Premyer Liqada 150 və daha çox matça çıxmışdı. Onlar arasında yalnız bir legioner olub ki, Ansi həmyerlisi Admir Telidən sonra buna nail olan 2-ci əcnəbi kimi tarixə düşüb. “Qarabağ”ın indiki heyətində isə yalnız iki oyunçu klubunun heyətində Aqollidən daha çox çempionat oyunu keçirərək 150-dən artıq matçın iştirakçısı olub. Bunlar Namiq Yusifovla Maksim Medvedevdir.

Qeyd edək ki, Aqolli Premyer Liqada ilk oyununu 2010-cu il avqustun 8-də səfərdə “Neftçi”yə qarşı keçirib. O, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən və 1:1 hesabı ilə başa çatan qarşılaşmada 90 dəqiqə forma geyib.

mövsüm

Klub

oyun

Qol

2010/11

Qarabağ (Ağdam)

31

0

2011/12

Qarabağ (Ağdam)

31

1

2012/13

Qarabağ (Ağdam)

27

1

2013/14

Qarabağ (Ağdam)

34

1

2014/15

Qarabağ (Ağdam)

25

0

2015/16

Qarabağ (Ağdam)

2

0

 

Cəmi

150

3

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30