19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

AZAL-ın 100-cü məğlubiyyəti

Topaz Premyer Liqasının V turunun “İnter”lə ev oyununda 0:1 hesabı ilə uduzan AZAL ölkə çempionatlarına 100-cü dəfə məğlub olub. Futbolxeber.az-ın məlumatına görə, yüksək liqada 2005-ci ildə debüt edən paytaxt təmsilçisi keçirdiyi 303-cü qarşılaşmada bu uğursuzluğa üzülüb. Hesabında 113 qələbə və 90 heç-heçə edə olan bakılılar həm də antirekorda imza atıb. Belə ki, AZAL əvvəlki 4 turda olduğu kimi yenə də quru hesabla uduzub. İlk 5 qarşılaşmada qol vurmayan və xal qazanmayan paytaxt təmsilçisi Azərbaycan çempionatlarının ilk belə uğursuzu olub. 1992-ci ildən keçirilən ölkə çempionatları tarixində 1-ci dəfədir bir komanda mövsümün ilk 5 oyununda nə qol vurur, nə xal qazanır.

AZAL-a qədər 2 klub ilk 5 oyunda qol vurmayıb. Lakin həmin komandalar xal qazanmağa nail olub. Startda hansısa komandanın qol vurmaması sonuncu dəfə 11 il əvvəl qeydə alınmışdı.

1992. “Xəzər” (Lənkəran) – 2 xal, 0-8

2004/05. “Göyəzən” (Qazax) – 1 xal, 0-4

2015/16. AZAL (Bakı) – 0 xal, 0-7

AZAL mövsümün ilk 5 oyununda uduzan 9-cu komanda olub. Lakin əvvəlki klubların hamısı startda ən azı 1 qol vurub. Sonuncu belə hadisə 11 il əvvəl yaşanıb.

1992. “Şirvan” (Kürdəmir) – 0 xal, 1-18

1994/95. “Xəzər” (Sumqayıt) – 0 xal, 1-24

1995/96. MOİK (Bakı) – 0 xal, 4-19

1995/96. “Pambıqçı” (Neftçala) – 0 xal, 2-15

1996/97. “Şəmkir” – 0 xal, 1-25

1998/99. “Şahdağ” (Qusar) – 0 xal, 5-28

2003/04. “Lokomotiv” (İmişli) – 0 xal, 4-20

2004/05. “Şəfa” (Bakı) – 0 xal, 3-17

2015/16. AZAL (Bakı) – 0 xal, 0-7

Qeyd edək ki, AZAL-ın son xalı və qolu ötən mövsümün 36-cı turuna təsadüf edib. Bakılılar matın 28-də “Neftçi”ilə qarşılaşmada (1:1)bunu bacarıb. Həmin vaxtdan 5 oyundure məğlub olan AZAL-ın tarixində ən uzun yenilgi seriyası isə 2006-cı ildə qeydə alınıb - ardıcıl 7 məğlubiyyət.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30