24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Prosineçki gənc futbolçulardan, U-21-dən və azarkeşlərdən narazılıq etdi

“Neftçi” - “Xəzər Lənkəran” matçında bəyəndiyim gənclər oldu. Lakin həmin futbolçular ölkə çempionatında yaxşı oynasalar da, beynəlxalq arenada fərqli çıxış edirlər”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki deyib.

Xorvat mütəxəssis U-21-in son 2 rəsmi matçında zəif təsir bağışladığını qeyd edib: “U-21 Almaniyaya 0:3 hesabı ilə uduzdu. Halbuki görüş 0:5 hesabı ilə də bitə bilərdi. Almaniya ilə oyunda qapıya1 zərbə belə vurulmayıb. Avstriya ilə oyunda da komanda parlaq oyun sərgiləmədi. Gənc futbolçuları daim güclülərlə müqayisə etmək lazımdı”.

Millimizin çalışdırıcısı azarkeşlərdən də narazılıq edib: “Mən istərdim ki, stadion dolu olsun. Lənkəranlı azarkeşlərin “Böyük oyun”da olmasını istərdim. “Qəbələ” - PAOK matçına canlı tamaşa etdim. Stadion dolmamışdı. Elə Azərbaycan - Xorvatiya matçında da boş yerlər var idi. Halbuki komandamız pis təsir bağışlamadı. Ümid edirəm ki, azarkeşlər növbəti oyunlarda “Qəbələ”ni də, “Qarabağ”ı da, milli komandamızı da dəstəkləyəcəklər”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30