20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Adrian Skarlatake: “İkinci sarı vərəqə ilə razılaşmıram”

“Neftçi” ilə oyunda 1 xal qazandığımız üçün şadıq. Komandamla fəxr edirəm. İlk dəfədir ki, biz “Bakcell Arena”dan xalla ayrıldıq”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Xəzər Lənkəran”ın müdafiəçisi Adrian Skarlatake deyib.

“Neftçi” ilə oyundan danışan rumın futbolçu aldığı qırmızı vərəqəni belə şərh edib: “Meydandan uzaqlaşdırıldığım üçün komanda yoldaşlarımdan üzr istəyirəm. Lakin hakimin mənə göstərdiyiy ikinci sarı vərəqə ilə razılaşmıram. Hakim bir qədər tələsdi. Ümumiyyətlə, son iki oyunda hakimlər komandamıza qarşı qırmızı vərəqələrdən çox istifadə edirlər. İkinci sarı vərəqəni göstərməmək olardı. Düzdü, cərimə var idi, amma vərəqəsiz keçinmək də mümkün idi”.

Skarlatake qazanıaln 1 xaldan razı qaldığını bildirib: “Əlbəttə ki, qane edir. Çünki biz oyunu 10 nəfərlə keçirdik, hesabda geri düşdük. Qol vurmaq çox çətin idi. Komanda yoldaşlarım xarakter göstərdi və bizi razı salan 1 xalı qazandıq. “Xəzər Lənkəran”da zəif deyil. Matç da bərabərə bitdi. Biz bir xalı azlıqda qala-qala qazandıq”.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30