19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“İdman Azərbaycan” “Qarabağ” azarkeşlərinin ittihamlarına cavab verdi

"İdman Azərbaycan" telekanalı "Qarabağ" azarkeşlərinin, "İmarət" fan-klubunun Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə ünvanladığı açıq məktubdakı ittihamlara cavab verib. Futbolxeber.az-ın məlumatına görə, sosial şəbəkədə yayılmış həmin açıqlamada bunlar qeyd olunub:

- "İdman Azərbaycan" kanalı vasitəsilə tamaşaçılarımız Londondan "Tottenhem" - "Qarabağ" oyununu izlədilər. Məhz "İdman" Azərbaycan kanalı vasitəsilə azarkeşlərimiz doğma komandalarımızın avrokubok oyunlarını uzun illərdir ki, seyr edirlər. Bütün bunlara görə kanala təşəkkür edilməsinə ehtiyac yoxdur. Bu, bizim borcumuzdur və hər bir azərbaycanlının istəyini başa düşürük. Lakin müəyyən KİV hər bir işimizdə qənbərqulu tapmağa çalışır.

Oyun zamanı edilən irad isə aparıcıların şərhi olub. Bəzilərinin fikrincə, şərhçi həddindən az emosional olub. Halbuki, başqa vaxtlarda tənqidçilərimiz şərhlər zamanı aparıcıların həddindən artıq çığırdığını yazır. Bu məsələdə heç bir zaman ortaq məxrəcə gəlmək mümkün olmayacaq. Belə ki, hər bir insanın öz zövqü var və hərə bir cür aparıcılığı sevir. Məhz bu səbəbdən də heç bir şərhçi hamı tərəfindən sevilmir.

Bildirmək istəyirik ki, "İdman Azərbaycan" kanalı və orada çalışan hər bir kəs bütün komandalarımıza və idmançılarımıza eyni gözlə baxır və onların qələbəsini arzulayır. Şərhçilər də tamaşaçılar kimi oyuna adi televizordan baxır və şərh zamanı olan qüsurlar başadüşüləndir. Bütün bunlar televizor qarşısında əyləşənlər tərəfindən nəzərə alınmalıdır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30