25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Qəbələ” “Sumqayıt”la oyunun hazırlığını davam etdirir

Topaz Premyer Liqasının V turunda “Sumqayıt”la qarşılaşacaq “Qəbələ” sentyabrın 21-də baş tutacaq görüşün hazırlıqlarını davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin I turunun ayın 17-də keçirilən PAOK-la (Yunanıstan) matçından (0:0) sonra məşqlərinə ara verməyən komanda dünən Qəbələdə çalışıb. Oyunun ertəsi günü Bakıda ADBTİA stadionunda məşq edən “qırmızı-qaralar” doğma arenaya qayıtdıqdan sonra da iki qrupla hazırlıq keçib. Belə ki, PAOK-la qarşılaşmanın iştirakçıları fiziki çalışmalara üstünlük veribsə, digərləri meydanda məşq edib. “Qəbələ” bu gün oyunöncəsi son məşqini keçirəcək.

Xatırladaq ki, V turun son qarşılaşması olan “Qəbələ” - “Sumqayıt” oyunu sentyabrın 21-də baş tutacaq. Bu matç komandalar arasında 13-cü görüşdür. İndiyədək 10 qələbə qazanıb, 1 heç-heçə edib, 1 dəfə məğlub olan “qırmızı-qaralar” 27 top vurub, 8-ni buraxıb. “Qəbələ” 6 ev oyununda xal itirməyib.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30