Ölkə futbolu
Samir Əliyev: “Xəzər Lənkəran” hər dişdə sınan qoz deyil”
.jpg)
“Neftçi”nin baş məşqçisi Samir Əliyev bu gün brifinq keçirib. Futbolxeber.az-ın məlumatına görə, gənc məşqçi ilk öncə “Böyük oyun”un hazırlığından danışıb:
- Sabah çempionatın növbəti turu çərçivəsində “Xəzər Lənkəran”la qarşılaşacaq. Bu oyuna da əvvəlki 4 turdakı kimi hazırlaşmışıq. Hazırlıq normal keçir.
- Heyətlə bağlı hansı problemləriniz var?
- Problemlərimiz var. Qapıçımız Aqim Məmmədov zədəlidir. Bu səbəbdən də sabah komandaya kömək edə bilməyəcək. Həmçinin ötən tur qırmızı vərəqə alan Ailton cəzalıdır.
- Yəqin ki, Aqil Məmmədovun yoxluğunda qapıda Miçal Peskoviçə şans verəcəksiz?
- Bəli, sabah start heyətində o yer alacaq.
- “Xəzər Lənkəran”la görüşdən hansı nəticəni gözləyirsiz?
- Rəqibin heyətinin əsasını gənclər təşkil etsə də, onlar artıq ötən ildən Premyer Liqada çıxış edirlər. Geridə qalan 1 il ərzində təcrübə toplayıblar. Bizim heyətimizdə də gənclər çoxdur. “Neftçi” və “Xəzər Lənkəran” əvvəlki kimi güclü heyətə malik deyillər. Amma bu oyun hər iki tərəf üçün çox vacibdir. Məşqçilər və futbolçular da dərk edirlər ki, qələbə qazanmaq lazımdır.
- “Xəzər Lənkəran”ın zəifləməsi “Neftçi”də arxayınçılığa səbəb ola bilər?
- Deməzdım. “Xəzər Lənkəran” hər zaman ciddi rəqibdir. Böyükağa Hacıyevin gözəl sözü var: “Xəzər Lənkəran” hər dişdə sınan qoz deyil.
- Bir müddətdir komandanın düşərgəsində baxışda olan Jairo Rodriges haqda yekun qərar qəbul etmisiz?
- O, komandada qalacaq. Qarşıdakı günlərdə braziliyalı müdafiəçi ilə müqavilə bağlayacağıq. Bu tur yox, amma gələn oyun üçün onu sifariş edəcəyik.
- “Neftçi”nin bu mövsüm üçün hədəfi nədir?
- Hər oyuna qələbə əzmi ilə çıxırıq. Xalları çətinliklə qazanırıq. Sabah da 3 xal üçün mübarizə aparacağıq. Çünki qarşıdakı turlarda bizi çətin oyunlar gözləyir. Əvvəlcə “Qarabağ”la qarşılaşacağıq. Sonra Zirəyə səfər edəcəyik. Daha sonra isə “Qəbələ” ilə üz-üzə gələcəyik. Ona görə də “Xəzər Lənkəran”la oyunda qələbə bizə hava-su kimi lazımdır.
- Sabah 3 xal qazansaz, bu, “Neftçi”nin ardıcıl qələbəsi olmş olacaq. Hər şey planlaşdırdığınız kimi getsə, sabahkı oyundan sonra “Neftçi”nin “qara zolaq”dan çıxdığını söyləmək olar?
- Təbii ki, sabahkı matçda qələbə vacibdi. Bu, futbolçuların özünəinamını artıracaq. Amma mövsüm uzundu. Heyətdə gənclər varsa, mümkün deyil ki daim yuxarıya doğru gedəsən. Stabillik olmaya bilər. Bu heyətlə dekabrda kimi mübarizə aparacağıq. Qış fasiləsində isə ən azı 2 futbolçu transfer edəcəyik.
- Həmin futbolçular legioner olacaq?
- Yəqin ki. Çünki heyətə yaxşı yerli futbolçu qatmaq çətindi. Əksər səviyyəli futbolçular hazırda “Qəbələ” və “Qarabağ”ın heyətində yer alır.
- Son günlər Ruslan Abışov və Vüqar Nadirovun “Neftçi”yə keçəcəyi haqda xəbərlər yayılmışdı. Bu futbolçularla həqiqətənmi danışıqlar aparmısız? Əgər aparmısızsa, o zaman keçidləri niyə alınmadı?
- Vüqar da, Ruslan da təcrübəli futbolçulardı, millinin formasını geyirlər. Hər məşqçi onları sərəncamında görmək istər. Amma “Xəzər Lənkəran”dan ayrıldıqdan sonra biz onlarla danışıq aparmamışıq. Onların keçidi gündəmimizdə deyildi.
- Qeyd etdiniz ki, qışda ən az 2 transfer olacaq. Hansı mövqeləri gücləndirmək barədə düşünürsüz?
- Dediyim kimi, transferlər planda var. Amma hansı mövqeləri gücləndirəcəyimizi hələ bilmirik. Qarşıdakı oyunlara baxacağıq. Hansı mövqedə problem olsa, həmin yerə də legioner transfer edəcəyik.
- Sizcə 2-3 legioner transferi “Neftçi”nin çempionluq uğrunda mübarizə aparmasına kifayət edəcək?
- Klubun strategiyası var. Rəhbərlik və biz məşqçilər korpusu istəmirik ki, bırdəfəlik heyətə legionerlər cəlb edək. Bu prosesi tədricən həyata keçiririk. Geridə qalan müddətdə ələkdən kim keçəcəksə, o da komandada qalacaq. Belədə həmin futbolçunu həm “Neftçi”yə, həm də Azərbaycan futboluna qazandırmış olacağıq.
- Vaxtı ilə siz də futbolçu kimi “Böyük oyun”un iştirakçısı olmusuz. “Neftçi” və “Xəzər Lənkəran” arasındakı oyunlara qonaq azarkeşlərin buraxılmamasını nə qədər haqlı qərar hesab edirsiz?
- Qərar verilibsə, ona hörmətlə yanaşmaq lazımdı. Amma bu qarşıdurmaya “Böyük oyun” deyilirsə, hər iki komandanın azarkeşləri də matçda iştirak etməlidilər. Çox istərdim ki, artıq Lənkəranda baş tutacaq növbəti matçda qonaq azarkeşlər də iştirak etsin.

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi” daha iki transferi rəsmiləşdirdi - ÖZƏL
- “Turan Tovuz” “Benfika”nın yetirməsini transfer edir - EKSKLÜZİV
- Vüqar Nadirovla yolları ayıran “Şəmkir”də yeni baş məşqçi
- Firuz Abdulla: “Ümidvarıq ki, turnir cədvəlində əlifba sırası “Səbail”in “S”-i ilə pozulacaq”
- “Kəpəz”dən ayrılan futbolçu “Səbail”də - ÖZƏL
- “Kəpəz” yeni baş məşqçisi ilə bu gün müqavilə imzalayır
- AFFA fil qulağında yatır...
- “Kəpəz” ölkə xaricindən məşqçi gətirir
- “Baku Fire”in məşqçisi diplom aldı
- “Sabah”dan ayrılan İrasabal sabiq “Neftçi”linin yanına yollandı
- Ölkə kubokunun qalibi bilindi
- Riad Rəfiyev Harvard Biznes Məktəbinin proqramına qəbul olunub
- PFL-in kubok sevinci
- Andrade “Neftçi”yə keçməyəcək
- “Səbail”in hücumçusu legioner həyatı yaşayacaq - ÖZƏL
-
12:38
“Rza Cəfərovla maraqlanan klublar var” - “Neftçi”dən açıqlama
-
12:26
Azərbaycan kikboksçusu Tailandda keçirilən turnirdə qələbə qazanıb
-
12:09
"Qarabağ"ın məşqi VİDEO
-
11:43
Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək
-
10:51
Santuş Jotanın faciəvi ölümündən danışdı
-
10:37
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:24
Azərbaycanın daha iki boksçusu Dünya Kubokunda yarımfinala yüksəlib
-
17:58
“Araz-Naxçıvan”ın "Aris"lə oyunlarının hakimləri açıqlandı
-
17:31
Azərbaycan boksçuları Özbəkistanda təlim-məşq toplanışına başlayıblar
-
17:14
Çempionlar Liqası: “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşdi
-
16:47
“Traktor”un Çempionlar Liqasında oyunları Azərbaycanda yayımlanacaq
-
16:29
Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa çempionatına təyinat alıb
-
15:53
Elçin Məsiyev: “Sona qədər bizi orada saxlayıblarsa, bu da yaxşı göstəricidir”
-
15:05
“Qəbələ” Futbol Akademiyası fəaliyyətini məhdudlaşdırdı
-
14:32
Azərbaycan karateçisi 36 aylıq diskvalifikasiya edilib
-
14:18
I Liqa klubu 7 futbolçu ilə yollarını ayırıb
-
13:46
"Qarabağ" Avstriyada ilk məşqinə çıxıb
-
13:00
"Kəpəz"in rəqiblərdən ikisi müəyyənləşib
-
12:37
“Zirə” və “Səbail”in sabiq futbolçusu “Lans”ın məşqçisi oldu
-
12:24
“Liverpul”un futbolçusu avtomobil qəzasında həlak oldu
-
11:59
Azərbaycan Milli Olimpiya Komitəsinin iki üzvü AOK-un müxtəlif komissiyalarına üzv seçilib
-
11:05
Yunan-Roma güləşi millimiz Avropa ikincisi olub
-
10:41
Avropa Kubokunda ölkəmizi kimlər təmsil edəcək?
-
10:26
Boksçumuz Dünya Kubokunun yarımfinalında
-
10:13
Azərbaycan millisi Latviyada beşinci olub
-
09:52
Şose velosipedi üzrə Azərbaycan çempionatına yekun vurulub
-
09:30
İlham Əliyev və Şavkat Mirziyoyevdən milli komandalara görə təbrik
-
23:32
“Qarabağ” Avstriyadadır
-
23:18
"Neftçi" yeni mövsümə hazırlaşır FOTOLENT
-
22:07
Güləş Federasiyasının yeni təlim-məşq mərkəzi açılıb
-
17:55
"Qarabağ" Medvedevin təyinatını açıqladı
-
16:46
Asiya Kubokunda Azərbaycanı dörd cüdoçu təmsil edəcək
-
16:22
Siyasət Əsgərov: “Belarusla oyunların bizə çox köməyi olacaq”
-
15:34
Azərbaycan 2025/2026 mövsümünə UEFA reytinqində 29-cu pillədə başlayacaq
-
14:51
“Zirə” toqolu ilə gücləndi
-
14:13
Mirabdulla Abbasov Qırğızıstan klubuna keçidi rəsmiləşdi
-
14:00
PFL 17 yaşında!
-
13:48
Bakıdakı oyuna görə Federasiyaya xəbərdarlıq olunub
-
13:27
"Sele"də yeni müqavilə
-
13:15
Tanınmış futbolçu Qara Qarayevin həyat yolu kitaba çevrilir
-
12:59
“Sumqayıt”ın “Yay Futbol Düşərgəsi” layihəsinə yekun vurulub
-
12:42
“Neftçi” braziliyalı müdafiəçinin transferini açıqladı
-
12:23
I Liqa klubu PFL və AFFA-ya müraciət etdi
-
12:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:51
"Turan Tovuz" yeni mövsümün hazırlıqlarına start verdi FOTOLENT
-
11:36
“Qarabağ” Avstriyaya yollandı
-
11:18
“Kəpəz” məşqlərə başlayıb
-
11:09
Parataekvondoçular beynəlxalq təlim-məşq toplanışına qatılıblar
-
10:55
Azərbaycanın iki boksçusu Dünya Kubokunda 1/4 finala yüksəlib
-
10:43
Şose velosipedi üzrə Azərbaycan çempionatında qrup ötüşməsinə start verilib
04.07.2025
03.07.2025
02.07.2025













