29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Prosineçki: “Azərbaycanda istedadlı futbolçular çoxdur, sadəcə, daha çox çalışmaq lazımdı”

"İqor Tudorla Xorvatiya yığmasında birgə oynamışıq. Hazırda isə o, PAOK-un baş məşqçisidir. Bakıya "Qəbələ" ilə oyun üçün gəldikləri müddətdə Tudoru ziyarət etdim. Onun parlaq məşqçi karyerası olacağını düşünürəm. Eyni zamanda ümid edirəm ki, Tudor PAOK-da böyük işlər görəcək". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki deyib.

PAOK-dakı həmyerlisi haqda danışan xorvatiyalı mütəxəssis oyunçu karyerasını bitirdikdən sonra futbolda qalmağın gözəl olduğunu bildirib: "Futbol oynamaq asandır. Ancaq karyeranı bitirdikdən sonra məşqçi və ya digər vəzifənin sahibi kimi futbolda qalmaq gözəldir. Əgər bunu bacarsan, mükəmməl olar. Düşünürəm ki, Tudor da mənimlə razılaşar. Biz ikimiz də peşəkar futbolçular olmuşuq. Lakin hazırda hər ikimiz baş məşqçi kimi fəaliyyət göstəririk. Tudor PAOK-da, mən də Azərbaycan millisində çalışıram. Çox yaxşı işim var. Düşünürəm ki, Tudor da Xorvatiyanın ən yaxşı gənc məşqçilərindən biridir".

Prosineçki Azərbaycandakı işi haqda bunları deyib: "Hazırda Azərbaycanın iki klubu - "Qarabağ" və "Qəbələ" Avropa Liqasının qrup mərhələsində oynayır. Bu, Azərbaycan kimi ölkə üçün yaxşı haldır. Azərbaycan millisi oyundan-oyuna daha yaxşı çıxış edir. Biz seçmə mərhələnin son 4 matçında - Norveç, Xorvatiya və Malta ilə oyunlarda uduzmamışıq. Azərbaycanda istedadlı futbolçular çoxdur. Sadəcə, daha çox çalışmaq lazımdır".

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31