20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Çox adam deyir ki, bu oyunda özünü “Qarabağ”a göstərməyə çalışacaqsan”

Topaz Premyer Liqasının 5-ci turunda “Kəpəz” Gəncədə “Qarabağ”ı qəbul edəcək. Futbolxeber.az-ın məlumatına görə, qarşıdakı oyuna hazırlığı davam etdirən “sarı-göylər”in futbolçusu Şəhriyar Əliyev klubun mətbuat

xidmətinə açıqlama verib. Əliyev Ağdam klubu ilə oyun haqda deyib: “Çətin oyun olacaq. Rəqibimiz Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayıb və artıq ilk matçını keçirib. “Tottenhem”dən sonra isə bizimlə oyuna çıxacaqlar. Düzdü, yorğun olacaqlar. Amma heyətləri genişdir, bəlkə də, Londonda oynayanlara istirahət veriləcək. Ötən tur qələbə qazanmışıq, inşallah, uğurlu çıxışımızı davam etdirmək istəyirik, bunun üçün əlimizdən gələni etməyə çalışacağıq”.

Şəhriyar Əliyev mövsümün əvvəlində Ağdam təmsilçisindən “Kəpəz”ə keçib. Müdafiəçi icarə əsasında Gəncə klubunda top qovur: “Çox adam mənə deyir ki, yəqin bu oyunda özünü “Qarabağ”a göstərməyə çalışacaqsan. Hətta aqressiv oynamağa meyl edəcəyimi düşünənlər də var. Rəqibin kimliyinin fərqi yoxdur, biz hər oyuna çıxanda meydanda canımızı qoymağa çalışırıq. Deməzdim ki, sərt, kobud oynayacağam. Sadəcə, fikrim layiqincə mübarizə aparmaqdır. Müqavilə ilə Ağdam klubuna məxsus olsam da, icarə əsasında “Kəpəz”dəyəm. Maaşı da bu komandadan alıram, ona görə əvəzini verməliyəm. İlk növbədə Gəncə təmsilçisinin heyətində özümü məşqçilərə, azarkeşlərimizə göstərməliyəm. Baş məşqçimiz Şahin Diniyevin etimadını qazanmalıyam. “Qarabağ” böyük klubdur, kim orada oynamaq istəməz? Amma indiki halda özünü “Qarabağ”a göstərmək ikinci məsələdir, məqsədim “Kəpəz”ə qələbə qazandırmaqdır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30