25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Qarabağ” azarkeşlərindən “İdman Azərbaycan”a etiraz

"Qarabağ" "İmarət" fan-klubu Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə açıq məktub ünvanlayıb. Futbolxeber.az həmin məktubu olduğu kimim təqdim edir:

"Çox hörmətli və sayğıdəyər sədr, Arif müəllim! Rəhbərlik etdiyiniz kanalın dövlətə məxsus olması sizin işinizin nə qədər məsuliyyətli və çətin olmasının ilkin göstəricisidir. Bununla yanaşı "İdman" və "Mədəniyyət" bölmələrinin də ayrıca fəaliyyət göstərməsi ölkə ictimaiyyətinin düşüncəsinin formalaşmasında önəmli roy oynadığınızı sübut edir. Sizə məktub yazmağımızın səbəbi "İdman Azərbaycan" TV-də yayımlanan futbol oyunlarını şərh edən aparıcıların qeyri-peşəkarlığı, savadsızlığı və laqeydliyidir. İnkişaf etməkdə olan ölkə idmanını vətəndaşlarımıza nəql edən birinci KİV-in "İdman Azərbaycan" TV olması heç kəsə sirr deyil. Ancaq təəssüf ki, adını belə bilmədiyimiz həmin şərhçilər, nəinki idmana olan həvəsi məhv edir, hətta milyonların onları dinlədiyini unudaraq, insanları kanalı dəyişib, xarici kanaldan matçı izləməyə sövq edir. İdman, futbol terminlərini bilməmək anlamamaqla, onları efirdə yalnış səsləndirməklə yanaşı, lazımsız çıxışlar, matçın gedişatına dəxli olmayan söhbətlər hər futbol yarışında azarkeşləri "İdman Azərbaycan" TV-dən bir az da uzaqlaşdırır. Ötən gün Avroliqanın qrup mərhələsinin ilk matçında səfərdə İngiltərənin "Totenhem" klubu ilə qarşılaşan "Qarabağ"ımızın matçının canlı yayımını şərh edənlər isə sözün əsl mənasında bir fiasko idi. Belə ki, oyunu TV-dən izləyən azarkeşlər şərhçilərin "Totenhem" klubuna azarkeşlik etdiyini belə əsaslı olaraq düşünürdülər. Tam əminliklə demək olar ki, bu məktubda yazılanları yüz minlərlə insan təsdiqləyə bilər. Ancaq onların hər biri kanalı dəyişməyi sizə məktub yazmaqdan üstün tutur. Azarkeş qrupumuz nəinki futbolumuzun, eləcə də ölkəmizdə hər sahənin inkişafında maraqlı olan gənclərdən ibarət olduğu üçün sizə müraciət etmək qərarına gəldik. İnanırıq ki, məktubumuz nəticəsiz qalmayacaq və bundan sonra biz öz efirimizdən sevimli komandamızın oyunlarına azarkeşlik edə biləcəyik.

Diqqətinizə görə təşəkkür edirik!"




Ad: Elshad Haqverdiyev;   E-mail: [email protected]

18.09.2015 14:27

Tesekkurler Imaret tam ureyimden kecenleri yazmisiniz ama hec umidim yoxdur ki kimse bu mektuba baxib nese duzelis etsin
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30