19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Qriqorçuk: “Qalib gələ bilərdik”

UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunun “Qəbələ” - PAOK (Yunanıstan) oyunundan (0:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Futbolxeber.az ukraynalı mütəxəssisin fikirlərini təqdim edir: “Qalib gəlməyə yaxın idik, 3 xal da qazana bilərdik. Amma sonda 1 xal əldə etdik. Qarşılaşmanın heç-heçə bitməsinin ədalətli olub-olmamasını müzakirə etməyəcəm. Rəqibi yaxşı təhlil etmişdik. Hansısa epizodlarda sürətdə uduzsaq da, mübarizəmizi davam etdirdik. Rəqib 2 taktiki variantdan istifadə etdi ki, biz də bunlara hazır idik. Çətin oyun oldu. İlk hissədə Aleksey Antonovla Ermin Zets yaxşı oynamadılar. Lakin ikinci hissədə Antonov daha yaxşı təsir bağışladı. Onun çıxışından razı qaldım. Bundan sonra da Antonov “Qəbələ”də heyətində çıxış edəcək. Yeni oyunçularımız Fakundo Pereyra və Derlis Meza Kolli də yaxşı oynadı. Sonuncuya start heyətdə şans verdim. Bu qərar mənim idi. Fakundo isə ikinci hissədə oynadı. O, verilən tapşırığın öhdəsindən gəldi. Bu oyunda meydana çıxmasa da, Rəşad Sadiqov çox vacib oyunçudur. Gələcəkdə də onun bizə çox kömək edəcəyinə əminəm. Qrupdakı digər oyunun nəticəsini çox sakit qarşıladım. Bəlkə də, belə olacağını bilirdim. Əgər qrupda 3 oyun keçirsəydik, onda qrupun digər matçının nəticəsini düşünərdik. Əsas odur ki, öz oyunumuzu fikirləşək”.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30