29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Tale Heydərov: “Bütün çətinliklərə baxmayaraq bura qədər irəliləmişiksə...”

“Qəbələ”nin prezidenti Tale Heydərov PAOK-la oyundan (0:0) sonra Futbolxeber.az saytına müsahibə verib.

- “Qəbələ” qrup mərhələsinə 1 xalla başladı. Qarşılaşma barədə nə deyə bilərsiz?

- Yaxşı oynadıq. Komanda sona qədər mübarizə apardı. Bu oyuna hər kəs bizdən qələbə gözləyirdi. Təəssüf ki, 3 xal qazanmaq mümkün olmadı. Çalışacağıq ki, növbəti oyunlarda qalib gələk.

- “Qəbələ”nin bu oyunda 2 xal itirdiyini söyləmək olar?

- 3 xal qazanmaq istəyirdik. Özümüz qalib gələ bilməsək də, rəqibin də 3 xal qazanmağına imkan vermədik. Bu da bizim üçün pis nəticə deyil. Uduza da bilərdik.

- Yeni transferlərin - Derlis Meza Kolli və Fakundo Pereyranın oyununda razı qaldınız?

- Mənə elə gəlir ki, onlar özlərini yaxşı tərəfdən göstərdilər. Artıq komandaya uyğunlaşıblar. Hər ikisini uğurlu transfer hesab etmək olar.

- “Qəbələ”nin qarşısına qrup mərhələsində hansı məqsəd qoyulub?

- Əvvəlcədən də demişdik ki, ölkəmizi layiqincə təmsil etməliyik. Qrupumuzda güclü komandalar yer alıb. Bununla belə, Azərbaycanı ən yüksək səviyyədə təmsil etməyə çalışırıq. Qrupdan çıxmaq istərik. Bu, bizim məqsədimizdir. Bütün çətinliklərə, maneələrə baxmayaraq bura qədər irəliləmişiksə, qrupdan da çıxa bilərik. Ən azından “Qəbələ”dən qrup mərhələsində də yaxşı oyun gözləyirik.

- “Panatinaikos”la səfər oyununda komandanın yanında idiz və bu futbolçulara əlavə motivasiya oldu. “Krasnodar”la səfər görüşünə də yollanacaqsız?   

- Həmişə çalışıram ki, komandanın yanında olub. Hər zaman “Qəbələ”yə dəstək olmağa çalışıram. Növbəti oyunlarda da komandanın yanında olacağam.

- PAOK-la oyunda azarkeşlərin azlığını nə ilə əlaqələndirə bilərsiz?

- Ola bilər ki, vaxtla əlaqədardır. Oyun saat 22:00-da start götürdü. Amma biz klub olaraq daim azarkeşlərin dəstəyinə ehtiyac duymuşuq. Onları növbəti görüşlərdə də “Qəbələ”yə dəstək olmağa çağırıram.

- Qrupun favoriti hesab olunan “Borussiya”nı n “Krasnodar”ı məğlub etməsini “Qəbələ” üçün müsbət hal saymaq olar?

- Ən əsası “Qəbələ”nin göstərəcəyi oyundur. Hər şey biz özümüzdən asılıdır.

- Qrup mərhələsində “Qəbələ”nin neçə xal yığacağını gözləyirsiz?

- Bunu demək çətindir. Qrupda güclü komandalar yer alıb. 1 xalla başladıq. Bundan sonra da növbəti oyunlarda xal ehtiyatımızı artıracağımıza inanıram. 




Ad: Namiq Abbasov;   E-mail: [email protected]

18.09.2015 14:39

Əla. Bəyənilsin. İnşallah "Qəbələ"nin qrup uğurunu da Futbolxəbərdə oxuyaq.
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31