19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Oliç: “Azərbaycanla oyun haqda mənə çox sual verirlər”

"Azərbaycan və Norveçlə oyunlarda niyə uğurlu nəticələr qazana bilməməyimiz haqda mənə çox sual verirlər. Ancaq bu suala cavab verə bilmirəm". Futbolxeber.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri Xorvatiya millisinin futbolçusu İvitsa Oliç deyib.

Osiyekdə millimizə böyük hesabla qalib gəldiklərini xatırladan "Hamburq"un 36 yaşlı hücumçusu Bakıda keçirilən oyuna yaxşı köklənə bilmədiklərini bildirib: "Evdə Azərbaycanı 7:0 (oyun Xorvatiyanın 6:0 hesablı qələbəsi ilə başa çatmışdı) hesabı ilə məğlub etmişdik. Amma rəqib meydanında qol vura bilmədik. Bəlkə də səbəb oyuna yaxşı köklənməməyimiz idi. Azərbaycanlı futbolçular isə meydanda  sanki uçurdular. Onlar bizimlə oyuna çox yaxşı motivasiya ilə çıxmışdı. Xeyli qol imaknımız olsa da, yararlana bimədik".

Qeyd edək ki, Xorvatiya millisi Azərbaycan və Norveçlə görüşlərdəki xal itkilərindən sonra qrupda liderliyindən 3-cü pilləyə enib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30