25 Aprel 2024, Cümə axşamı
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi

Ölkə futbolu

Azad Rəhimov Respublika Stadionunun direktorunun istefasına münasibət bildirdi

Gənclər və idman naziri Azad Rəhimov Akif İsmayılovun Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru vəzifəsindən istefasına münasibət bildirib. Futbolxeber.az-ın məlumatına görə, nazir "Report"a açıqlamasında A.İsmayılovun səhhətindəki problemlərlə əlaqədar öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunduğunu söyləyib.

Onun sözlərinə görə, hələlik yeni təyinat gerçəkləşməyib: "Biz müsabiqə elan etmişik. Bunun əsasında kimin təyin olunacağını biləcəyik. Üstəlik, stadionun icarədarı "Qarabağ" klubu ilə danışıqlar aparırıq. Yeni təyinatda onların da rolu olacaq".

Nazir "Qarabağ"ın oktyabrın 1-də Belçika "Anderlext"i ilə keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin II tur matçına hazırlaşan Respublika Stadionunun ot örtüyündə hər şeyin qaydasında olduğunu və işlərin getdiyini də əlavə edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30