18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

12 ildən sonra 12 qol

Azərbaycan çempionatının I divizionunun ilk turu qeyri-adi nəticə ilə əlamətdar olub. “Energetik”lə səfər oyununda 12:0 hesabı ilə qalib gələn “Neftçala”nın qələbəsi tarixə düşüb. Futbolxeber.az-ın məlumatına görə, bu nəticə neftçalalıların tarixində ən böyük hesablı qələbədir. 2003-cü ildə “ANŞAD-Petrol” adı altında yaradılan komanda indiyədək 12 top fərqi ilə qalib gəlməmişdi. Neftçala təmsilçisi bunadək ən fərqli qələbəsini 2013/14 mövsümündə, 2014-cü il fevralın 15-də məhz “Energetik”lə matçda, amma evdə qazanmışdı – 8:0. Mingəçevir klubu 2013/14 mövsümündə daha ağır məğlubiyyət də alıb. 2014-cü il mayın 12-də “Energetik” səfərdə “Araz-Naxçıvan”dan 9 cavabsız qol buraxıb. “Neftçala” ilə oyun 2003-cü ildə yaradılan Mingəçevir klubunun da tarixində antirekord yenilgi olub.

Ümumiyyətlə, Azərbaycan futbolunda (Premyer Liqa, Azərbaycan kuboku, Superkubok, I divizion, əvəzedicilərin çempionatı) 12 və daha çox top fərqi sonuncu dəfə 12 il əvvəl qeydə alınıb. 2003/04 mövsümündə ölkə kubokunun “Lider Qarabağ”la səfər oyununda “Şəfa” 14:0 hesabı ilə qalib gəlmişdi. 2003-cü il oktyabrın 19-da, 1/8 finalın ilk oyununda qeydə alınan nəticədən sonra “Energetik” - “Neftçala” oyununadək ən böyük fərq 10-a bərabər olmuşdu.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30