25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Qarabağ”ın yeni transferi: “Tottenhem”ə də qol vurmağa çalışacağam”

"Qarabağ"ın yeni transferi Samuel Armenterosun müsahibəsi

- Oyunla bağlı nə deyə bilərsiniz?

- Çətin oyun alındı. Rəqib bizə qarşı çox yaxşı mübarizə apardı. Amma biz qol vurmaq üçün çox hücum etdik. Şadam ki, sonda qələbə qazanmağı bacardıq.

- "Qarabağ"dakı debüt matçınızda vurduğunuz qol həm də qələbə gətirdi...

- Oyuna çox yaxşı motivasiya ilə çıxmışdım. Hər şeyin yaxşı bitəcəyinə inanırdım. Şadam ki, qələbə qolunu vurmağa nail oldum. İnanın ki, bu qol mənim üçün çox vacib idi.

- Stadiondakı atmosferdən xoşunuz gəldi? Ya siz belə az azarkeş qarşısında oynamağa alışmamısınız?

- Hər şey yaxşı idi. Azarkeşlərimiz də bizi çox yaxşı dəstəklədilər.

- Axı Belçika və Hollandiyada oyunları daha çox azarkeş izləyir...

- Elədir, amma mənim üçün fərqi yoxdur. Əsas odur ki, burada da azarkeşlər məni meydana çıxarkən dəstəklədilər. Mənim ən çox xoşuma gələn onların "Armenteros, Armenteros, xoş gəlmisən" demələri oldu. Bu, məni çox təsirləndirdi. Elə qol vurmağımda da bunun az təsiri olmadı.

- "Qarabağ"ı qarşıda İngiltərə "Tottenhem"i ilə çətin səfər oyunu gözləyir. Həmin görüşdən nə gözləyirsiniz?

- Bu, fantastik matç olacaq. "Qarabağ"ın oyununu bütün Avropa, dünya görəcək. "Tottenhem"ə gəlincə, çox güclü və təcrübəli komandadır.

- "Qarabağ"ın şansı var?

- Bizim də yüksək səviyyəli futbolçularımız var. 90 dəqiqə ərzində rəqibə layiqli müqavimət göstərmək lazımdır. Bir qol hər şeyi həll edə bilər. Niyə də olmasın? "Tottenhem" nə qədər adlı-sanlı rəqib olsa da, biz İngiltərəyə xal qazanmaq üçün gedirik.

- "Qarabağ" azarkeşlərinə "Tottenhem"ə də qol vuracağınıza dair söz verə bilərsiniz?

- Buna çalışacağam.

Mənbə: azerisport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30