25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“O zaman “Xəzər Lənkəran”ın necə komanda olduğunu görərdiniz”

“Fasilədən sonra keçirilən ilk oyunda azarkeşlərimiz bizi dəstəklədilər. Oyuna heç də yaxşı əhval-ruhiyyədə çıxmamışdıq. Bildiyiniz kimi, məlum səbəblərə görə yeni transferlərimizi oynada bilmədik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov “Qarabağ”la oyundan sonra deyib.

Hüseynov heyətlərinin kasad olduğunu bildirib: “Skarlatake və Elşən Rzazadə cəza səbəbindən meydançaya çıxa bilmədilər. Gənc oyunçularımız isə döyüşdülər. Çalışacağıq ki, həmin gənclərlə qışa qədər vacib oyunları layiqli şəkildə oynayaq. Heyətimiz çox kasaddır. Hətta əvəzetmələr edə bilmirdim. Düşünürəm ki, vaxt keçdikcə yaxşı olacaq. Hər oyun futbolçunun təcrübəsinin artması deməkdir. Vurğulayım ki, komandanı  toplamaqda əziyyət çəkmişdik. Çox istəyirdim ki, həmin o kollektivlə  “Qarabağ”a qarşı oynayıb. Bax o zaman “Xəzər Lənkəran”ın necə komanda olduğunu görərdiniz. Təəssüflər olsun ki, belə alındı”.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30